İlham Əliyev Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir. Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə Sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar…

Daha çox

Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın

Toyunuzu fərqli və unikal bir məkanda keçirmək istərdinizmi? Türkiyənin dünyaca məşhur Kapadokiyası – sehrli pəri bacaları, rəngarəng hava şarları və sirli mədəniyyəti ilə zəngin bir səyahət təcrübəsi təqdim etməklə yanaşı, nağılları xatırladan mühiti ilə möhtəşəm toy mərasimləri üçün də mükəmməl bir seçimdir. SİA xəbər verir ki, Kapadokiyanın füsunkar mənzərəsi və romantik atmosferi, mağara otelləri, hava şarı gəzintiləri toyunuzu bu unudulmaz məkana yaraşan bənzərsiz bir mərasimə çevirə bilər. Nağılları gerçəyə çevirin Təsəvvür edin ki, pəri bacaları ilə əhatə olunmuş vadilərin birində, tarixi mağara otelində gözəl bir gününüzü qeyd edirsiniz və ya…

Daha çox

Milli Observatoriya ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) arasında əməkdaşlıq məqsədilə Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandum, Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və Təhsildə Keyfiyyət Təminat Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanıb. Tədbirdə Elnur Səfərli, əmək və məşğulluq, sosial müdafiə sahələrində Milli Observatoriyanın fəaliyyətini təqdim edib. O, həmçinin bildirib ki, Observatoriya, ali təhsil müəssisələri və təhlil-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək, ali və peşə təhsil müəssisələrinin…

Daha çox

Biz Cənubi Qafqazda sülh qurmalıyıq

Xocalı soyqırımında 613 insan – 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, – deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.

Daha çox

Rusiya ultra-vətənpərvərləri basrışıq istəmirlər..?

Amma əslində Rusiya bu atəşkəsə həqiqətən ehtiyac duyur. Çünki onların qanlı qırğını davam etdirmək üçün heç bir resursları yoxdur..? …Bu arada Rusiya ultra-vətənpərvərləri Vaşinqtonla “sövdələşmədən” qəzəblənərək “xüsusi hərbi əməliyyat” adlandırılan müqaviləyə son qoymaq perspektivinə acı reaksiya verirlər. Onlar Rusiya Federasiyasının artıq imkanlarının həddində olduğunu dərk etmədən qırğınların davam etdirilməsini tələb edirlər. SİA-nın məlumatına görə, bu barədə Odessa Şəhər Şurasının keçmiş deputatı, Rusiya Federasiyasının əməkdaş və şəriki İqor Dimitriyev danışıb. O, hətta ən qızğın ultra-vətənpərvərlərin də artıq Kiyevin, Xarkovun və ya Odessanın ələ keçirilməsinə…

Daha çox

“Karyerada Biz Forumu – 2025” keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 12 mart tarixində Azərbaycan Texniki Universitetində “Karyerada Biz Forumu” keçirilib. SİA xəbər verir ki, Forumda Destec Group İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Sakit Səmədov, AKİAB mmc həmtəsisçi və direktoru Vəfəddar Babayev, İşartı şirkətinin təsisçi direktoru Cahan Hommadova, Səfəvi.org şirkətinin təsisçisi Könül Quliyeva, Qanun Mühasibatlıq Xidmətləri MMC, Hanoğlu Baklava & Lokum və Şəki Agro Suvarma Sistemlərinin…

Daha çox

Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir

Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.20% – 41,350.93 bəndədək azalıb, S&P 500 indeksi 0.49% – 5,599.30 bəndədək, Nasdaq indeksi isə 1.22% – 17,648.45 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 12-də FTSE 100 indeksi 0.53% – 8,540.97 bəndədək, Fransanın CAC-40 indeksi 0.59% – 7,988.96 bəndədək, Almaniyanın DAX indeksi 1.56% – 22,676.41 bəndədək artıb.

Daha çox