“Azsığorta” ASC-nin rəhbərliyində dəyişiklik olub. SİA bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, sığorta şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev DŞ-nin müstəqil üzvü təyin edilib. Direktorlar Şurasının sədri vəzifəsinə isə hazırda hər hansı təyinat olmayıb. Qeyd edək ki, bundan əvvəl bu ilin yanvar ayında Abid Mamedov “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvlüyündən ayrılıb. Bununla da, “Azsığorta”nın Direktorlar Şurasının üzvlərinin sayı ikiyə enib. Sığorta şirkətinin Direktorlar Şurasının digər üzvü isə Elnur Qurbanovdur. Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır.
Daha çoxDay: March 13, 2025
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edir
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxBritaniyada iqlim fəalları İlon Maska etiraz olaraq “Tesla” robotunu hədəf alıblar
İqlim fəalları Londondakı “Tesla” mağazasında robota narıncı boya töküblər. SİA “Reuters”ə istinadla xəbər verir ki, “Just Stop Oil” təşkilatının iki fəalı qərbi Londonda yerləşən mağazada nümayiş üçün qoyulmuş displeyə çıxaraq “Optimus” adlı insanabənzər robota narıncı boya töküblər. Milyarder İ.Mask ABŞ Prezidenti Donald Trampa yaxın müttəfiq hesab olunur və onun “X” platforması (keçmiş “Twitter”) vasitəsilə Britaniya, Almaniya, İtaliya və Rumıniyada sağçı partiya və fiqurları dəstəklədiyi bildirilir. ABŞ-da isə o, hökumətin kiçildilməsi planına rəhbərlik edir. Son həftələrdə ABŞ və Avropanın bəzi “Tesla” mağazalarında İlon Maskın siyasi fəaliyyəti ilə bağlı həm dinc, həm…
Daha çoxAzərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 12% artıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-fevral aylarında 1,4 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 12% üstələyir. ADY-dən SİA-ya verilən məlumata görə, hesabat dövründə qatarla səfər edən xarici turistlərin sayı 38% artaraq 3763 olub.
Daha çoxSərhəddə olan fransız komunaları həyəcan təbili çalır
Fransanın Redanj komunasının meri sərhəd komunalarda fransız şagirdlərin kütləvi şəkildə Lüksemburq məktəblərinə getdiyini bildirib. SİA xəbər verir ki, mer Lüksemburq təhsil sisteminə aludə olan fransız valideynlərin övladlarının qeydiyyatdan keçmək qaydalarını pozduğunu vurğulayıb. Redanj komunasının meri ibtidai məktəbdə müəllim vəzifəsi ilə bağlı həyəcan təbili çalaraq bildirib ki, bu fenomen Mozel komunasında, eləcə də bütün sərhəd komunalarında müşahidə olunur. Valideynlər bu qərarlarını Lüksemburqda təhsilin, xüsusilə də xarici dil öyrənmənin daha effektiv olması ilə əsaslandırırlar. Onların fikrincə, Lüksemburqda məktəbdən kənar fəaliyyətlər təklif olunur. “Bir sözlə, valideynlər hesab edirlər ki, Fransa məktəb sistemi kifayət…
Daha çoxBMT Ukraynada atəşkəsi alqışlayacaq
Rusiya-Ukrayna münaqişəsində atəşkəs əldə edilə bilsə, BMT bunu alqışlayacaq və atəşkəsin uzunmüddətli sülhə çevriləcəyinə ümid edəcək. SİA xəbər verir ki, bu barədə jurnalistlərə qurumun rəhbəri Antoniu Quterriş məlumat verib. “Şübhəsiz ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki çoxlu insan həlak olub. Atəşkəs, şübhəsiz ki, müsbət haldır və ümid edirik ki, bu, reallaşacaq və ədalətli sülhə yol açacaq”, – o deyib. Xatırladaq ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə (Səudiyyə Ərəbistanı) danışıqlar aparıb. Danışıqların yekununda verilən birgə bəyanatda xüsusilə qeyd olunur ki, Kiyev 30 günlük atəşkəsə və Vaşinqtonla faydalı qazıntılar üzrə…
Daha çoxKriptovalyuta bazarının son göstəriciləri
Martın 13-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi bahalaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:21-də “CoinMarketCap” platformasında 1.92% bahalaşaraq 83 356 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.13% artaraq 1 874 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.43%, BNB isə 5.55% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çoxMilli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək
Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. SİA xəbər verir ki, yığıncağın gündəliyinə yalnız bir məsələ daxil edilib. Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək.
Daha çoxVoronejdə Ukrayna PUA-ları məhv edildi
Rusiyanın hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri Voronej vilayəti üzərində bir neçə Ukrayna PUA-sını məhv edib. SİA xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Qusev deyib. O, insident nəticəsində xəsarət alanların olmadığını bildirib
Daha çoxBakının bir çox yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. “20 Yanvar” dairəsində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə…
Daha çox