Biz Cənubi Qafqazda sülh qurmalıyıq

Xocalı soyqırımında 613 insan – 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, – deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.

Daha çox

Rusiya ultra-vətənpərvərləri basrışıq istəmirlər..?

Amma əslində Rusiya bu atəşkəsə həqiqətən ehtiyac duyur. Çünki onların qanlı qırğını davam etdirmək üçün heç bir resursları yoxdur..? …Bu arada Rusiya ultra-vətənpərvərləri Vaşinqtonla “sövdələşmədən” qəzəblənərək “xüsusi hərbi əməliyyat” adlandırılan müqaviləyə son qoymaq perspektivinə acı reaksiya verirlər. Onlar Rusiya Federasiyasının artıq imkanlarının həddində olduğunu dərk etmədən qırğınların davam etdirilməsini tələb edirlər. SİA-nın məlumatına görə, bu barədə Odessa Şəhər Şurasının keçmiş deputatı, Rusiya Federasiyasının əməkdaş və şəriki İqor Dimitriyev danışıb. O, hətta ən qızğın ultra-vətənpərvərlərin də artıq Kiyevin, Xarkovun və ya Odessanın ələ keçirilməsinə…

Daha çox

“Karyerada Biz Forumu – 2025” keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 12 mart tarixində Azərbaycan Texniki Universitetində “Karyerada Biz Forumu” keçirilib. SİA xəbər verir ki, Forumda Destec Group İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Sakit Səmədov, AKİAB mmc həmtəsisçi və direktoru Vəfəddar Babayev, İşartı şirkətinin təsisçi direktoru Cahan Hommadova, Səfəvi.org şirkətinin təsisçisi Könül Quliyeva, Qanun Mühasibatlıq Xidmətləri MMC, Hanoğlu Baklava & Lokum və Şəki Agro Suvarma Sistemlərinin…

Daha çox

Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir

Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.20% – 41,350.93 bəndədək azalıb, S&P 500 indeksi 0.49% – 5,599.30 bəndədək, Nasdaq indeksi isə 1.22% – 17,648.45 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 12-də FTSE 100 indeksi 0.53% – 8,540.97 bəndədək, Fransanın CAC-40 indeksi 0.59% – 7,988.96 bəndədək, Almaniyanın DAX indeksi 1.56% – 22,676.41 bəndədək artıb.

Daha çox

Pilotsuz təyyarələr Kaluqa vilayətindəki zavodu yandırıb

Deməli, martın 13-nə keçən gecə Ukrayna tərəfi Rusiya Federasiyasının Kaluqa vilayətinə pilotsuz uçuş aparatları vasitələri ilə hücum ediblər. Hava hücumu nəticəsində sənaye müəssisəsinin ərazisində yanğın baş verib, rabitə qülləsi və elektrik xətti zədələnib, xəsarət alan da olub. SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşuyanın Teleqramına istinadən yazıb. Rusiya rəsmisi bu səhər bölgəyə pilotsuz təyyarə hücumunun “dəf edildiyini” və həmin gecə 25 İHA-nın məhv edildiyini bildirib. Onun sözlərinə görə, pilotsuz təyyarələr Dzerjinski, Xvastoviçski, Kirovski, Duminiçski, Meşçovski və Ulyanovski rayonlarında tutularaq “məhv edilib”. Eyni zamanda, Rusiya rəsmisi deyir…

Daha çox

Bakıda Beynəlxalq Demokratlar Birliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. İftar süfrəsində “Qurani-Kərim”dən ayələr səsləndirilib, şəhidlərimizə Allahdan rəhmət dilənib. SİA-nın verdiyi məlumata görə, iftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın ictimai-siyasi xadimləri, həmçinin qazilər və şəhid ailələri, eləcə də tələbələr iştirak ediblər. Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Demokratlar Birliyi 2004-cü ildə Almaniyada yaradılıb. Hazırda dünyanın 32 ölkəsində 57 şöbəsi ilə fəaliyyətini davam etdirir. Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin…

Daha çox