“Sürücülük mədəniyyəti bəzi insanlarda aşağı səviyyədədir”

“Sürücülərin içərisində hər xarakterdə olanı var”. Bu sözləri SİA-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. Onun sözlərinə görə, sürücülərin narkomanı, dəlisi də var: “Amma içlərində çox gözəl, mədəni, əxlaqlı, tərbiyəli insanlar da var. Hamısına aid etmək olmaz. Ümumi bəladır ki, sürücülük mədəniyyəti bəzi insanlarda aşağı səviyyədədir. Bu da çox böyük narazılıq yaradır. Avtobus və taksi sürücülərinin həddindən artıq aqressiv olması müşahidə edilir. Hətta onların bu aqressiv davranışı sərnişinlərə də sirayət edir. Nəticədə isə bu qəbilə daxil olan sürücülər sərnişin və ya müştərilərlə kobud rəftar edir, hətta onlara qarşı…

Daha çox

Şahin Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, qəbul martın 17-də saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) keçiriləcək. Qəbul zamanı Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Daha çox

“Adında “sülh” sözü olan bir qrup Ermənistanı silahlandırmaqda maraqlıdır”

“Avropa İttifaqı ilə Ermənistan arasında xüsusilə son bir ildə hərbi sahədə əməkdaşlıq davam etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Avropa İttifaqının Ermənistanda yerləşdirilən missiyasının müddəti daha 2 il uzadıldı: “2027-ci ilin fevralına qədər uzadıldı. Bundan başqa keçən ilin 5 aprelində Brüsseldə keçirilən üçtərəfli görüşdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Ermənistanı bütün yönləri ilə, o cümlədən hərbi cəhətdən dəstəkləməklə bağlı razılığa gəldilər. Biz bunun ardınca Avropa İttifaqının Ermənistana davamlı şəkildə yardımlarının şahidi olduq. Xüsusilə də, bu hərbi yardımlar Avropa İttifaqının “Sülh Fondu” adlandırılan fondu…

Daha çox

Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi və 14 fiziki şəxsə verilmiş sığorta agenti lisenziyasının qüvvəsinin 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, sözügedən qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi nəzərə alınaraq bu gün qəbul olunub. Lisenziyasının qüvvəsi müvəqqəti dayandırılmış sığorta vasitəçiləri aşağıdakılardır:

Daha çox

Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil

Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil. SİA xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Bosniya və Herseqovinanın inkişafı xarici müdaxilədən yox, yalnız daxili dialoq və ünsiyyətdən keçir: “Bu gün yeni dünya düzəni barədə danışarkən Bosniya və Herseqovina bir müstəmləkə kimi görünür. Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkəyə deyil, öz xalqına məxsusdur. Xarici qüvvələrin yanlış addımları beynəlxalq ictimaiyyətdən gizlədilir. Ancaq bura bizim…

Daha çox

“Novruz dünya bayramları içində öz yerini tutan bayramdır”

“Novruz bayramı Azərbaycan xalqının taleyində və tarixində ən mühüm bayramlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, hər şeydən əvvəl Novruz bayramı təbiətin oyanışı günlərinə təsadüf edir: “Qışdan sonra təbiətin oyanması, eyni zamanda insanların arzularının oyanması deməkdir. Bu mənada Azərbaycan xalqı min illər boyu bu Novruz bayramını keçirmiş, arzu və istəklərini bu bayramda ifadə etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Çar Rusiyasından qurtulandan sonra Azərbaycandakı milli bayramlardan biri də Novruz bayramı idi. 1919-1920-ci illərdə bu bayram Azərbaycan xalqı tərəfindən dövlət səviyyəsində keçirilmişdir. 1920-ci ilin…

Daha çox

İlham Əliyev Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir. Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə Sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar…

Daha çox

Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın

Toyunuzu fərqli və unikal bir məkanda keçirmək istərdinizmi? Türkiyənin dünyaca məşhur Kapadokiyası – sehrli pəri bacaları, rəngarəng hava şarları və sirli mədəniyyəti ilə zəngin bir səyahət təcrübəsi təqdim etməklə yanaşı, nağılları xatırladan mühiti ilə möhtəşəm toy mərasimləri üçün də mükəmməl bir seçimdir. SİA xəbər verir ki, Kapadokiyanın füsunkar mənzərəsi və romantik atmosferi, mağara otelləri, hava şarı gəzintiləri toyunuzu bu unudulmaz məkana yaraşan bənzərsiz bir mərasimə çevirə bilər. Nağılları gerçəyə çevirin Təsəvvür edin ki, pəri bacaları ilə əhatə olunmuş vadilərin birində, tarixi mağara otelində gözəl bir gününüzü qeyd edirsiniz və ya…

Daha çox

Milli Observatoriya ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) arasında əməkdaşlıq məqsədilə Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandum, Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və Təhsildə Keyfiyyət Təminat Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanıb. Tədbirdə Elnur Səfərli, əmək və məşğulluq, sosial müdafiə sahələrində Milli Observatoriyanın fəaliyyətini təqdim edib. O, həmçinin bildirib ki, Observatoriya, ali təhsil müəssisələri və təhlil-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək, ali və peşə təhsil müəssisələrinin…

Daha çox