Ailə, qadın və uşaq hüquqlarının təmini və qorunması sahəsində müəyyən boşluqlar var

Müasir Azərbaycanda gender, ailə-nikah münasibətləri və cəmiyyətin özəyi kimi ailə bəzən neqativ təsirlərə məruz qalır. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu təsirlərlə yanaşı hüquqi savadsızlıq, ailələrə kənar müdaxilələrin olması və bir sıra digər amillər ailə institutuna ciddi zərbə vurur: “Bu da nəticədə ailələrin dağılmasına səbəb olur”. A.Bağırov qeyd edib ki, hər bir sahədə olduğu kimi ailə, qadın və uşaq hüquqlarının…

Daha çox

Dini Komitə İğdırda iftar mərasimi təşkil edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və İğdır valiliyinin birgə təşkilatçılığı ilə iftar mərasimi təşkil edilib. Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, mərasimdə Azərbaycan və Türkiyənin müvafiq qurumlarının rəsmiləri, türkiyəli deputatlar, qeyri-hökumət təşkilatlarının (dərnəklər) üzvləri, İğdır Universitetinin rəhbərliyi, diplomatik missiyaların nümayəndələri, yerli din xadimləri və icma üzvləri iştirak ediblər. Mərasimdən əvvəl Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunub. Türkiyə parlamentinin deputatı Cantürk Alagöz iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə olan əlaqələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və…

Daha çox

AMB uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. “Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.”, – deyə AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Daha çox

Naxçıvan şəhərində inşa olunan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

Naxçıvan şəhərində Regional DOST Mərkəzi inşa olunur və bu il istifadəyə veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu barədə Naxçıvan Muxtar Respublikasında əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan işlərə və qarşıda duran vəzifələrə dair keçirilən infosessiyada bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin Naxçıvan Muxtar Respublikasını da əhatə etdiyini diqqətə çatdırıb. Nazir muxtar respublikanın bütün rayon mərkəzlərində DOST filiallarının yaradılmasının nəzərdə tutulduğunu, bununla bağlı layihələndirmə işlərinin artıq yekunlaşdığını qeyd edib. Naxçıvan MR-in…

Daha çox

“Qərbi Zəngəzur milli mədəni irsimizin ayrılmaz tərkib hissəsidir”

“Cənab Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə işgüzar səfəri baş verən geosiyasi və geoiqtisadi proseslər fonunda olduqca əhəmiyyətli hadisədir”. Bunu SİA-ya Milli Məclisin deputatı Günay Ağamalı deyib. O bildirib ki, birgə mətbuat konfransında bir çox vacib məqamlardan bəhs edən dövlət başçımız Qərbi Zəngəzur haqqında danışmaqla növbəti dəfə tarixi həqiqətləri aktuallaşdırdı: “Qərbi Azərbaycan torpaqlarının ayrılmaz tərkib hissəsi olan Qərbi Zəngəzur Sovet hakimiyyəti tərəfindən 1920-ci ildə Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilmişdir. Əlverişli coğrafi mövqeyi ilə seçilən Qərbi Zəngəzur milli mədəni irsimizin ayrılmaz tərkib hissəsidir. Tarixi torpaqlarımızın Ermənistana verilməsi fonunda azərbaycanlıların kütləvi şəkildə…

Daha çox

Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, martın 15-dən aprelin 20-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul olunur. Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı…

Daha çox

Azərbaycanda əmək müqavilələrinin sayı

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461,1 minvahid artaraq bu il martın 1-nə 1 milyon 862 min 981-ə çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 435 264 vahid artaraq 975 186olub. “Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.

Daha çox

ASCO-nun “Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər görülüb. Gəmidə nasaz vəziyyətdə olan rabitə və elektroradionaviqasiya avadanlıqları da yenilənib. Həmçinin gəmi-bərədə müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar…

Daha çox

Əli Əsədov Belarusun yeni təyin olunan Baş nazirini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov təbrik müraciətində Azərbaycan ilə Belarus arasında iki xalqı birləşdirən dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan, ardıcıl olaraq genişlənən və dərinləşən qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Qeyd olunub ki, fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnən dövlətlərarası münasibətlər xüsusi məmnunluq doğurur. Ə.Əsədov, həmçinin Azərbaycan və Belarus prezidentlərinin iki ölkənin dost xalqlarının rifahı naminə qarşılıqlı…

Daha çox