“Şimali Makedoniya ilə bizim çox yüksək səviyyəli əməkdaşlığımız var”

“Şimali Makedoniya ilə bizim çox yüksək səviyyəli əməkdaşlığımız var. Dövlətlərimiz arasında çox sağlam münasibətlər formalaşıb, bu illər ərzində baş verib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib. Fazil Mustafa sözlərinə belə davam edib: “Dəfələrlə Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib və maraqlı müzakirələr olub. Eyni zamanda, Azərbaycanda qaz nəqlinin Makedoniya üzərindən həyata keçirilməsi məsələsi də kifayət qədər bu iqtisadi əlaqələrin inkişafını artırıb. Şimali Makedoniya bölgədə əhəmiyyətli dövlətlərdən biridir. Baxmayaraq ki, müəyyən dərəcədə keçmiş Yuqoslaviya ölkələri içində geniş imkanlara və maddi sərvətlərə malik ölkə kimi tanınmır. Amma siyasi çəkisi kifayət qədər…

Daha çox

Bərdə regional “ASAN xidmət” mərkəzinə 10 ildə 3 milyondan çox müraciət olub

Fəaliyyətə başlamasının 10 ili tamam olan Bərdə regional “ASAN xidmət” mərkəzinə bu müddət ərzində 3 milyondan çox müraciət edilib. SİA xəbər verir ki, bununla bağlı statistika regional “ASAN xidmət” mərkəzinə təşkil olunan mediaturda açıqlanıb. Qeyd olunub ki, Bərdə regional “ASAN xidmət” mərkəzi 2015-ci il martın 29-da fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif…

Daha çox

Azərbaycanla Şimali Makedoniya saziş imzalayıb

Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saziş Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Şimali Makedoniyanın xarici işlər naziri Timço Mutsunski arasında imzalanıb.

Daha çox

Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinə dair qanunvericiliyə təkliflər hazırlanır

Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbitini tapması ilə bağlı təklfilər hazırlayır. SİA xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib. O qeyd edib ki, nikahın pozulması üçün Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət tövsiyəsi tətbiq edilir: “Təcrübə göstərir ki, cütlüklərin 20 faizi psixoloqa müraciət etdikdən sonra nikahın pozulmasından imtina edir. Buna görə, məsələnin qanunvericilikdə təsbiti üçün təkliflər hazırlanır”.

Daha çox

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. O qeyd edib ki, dövlət qanunvericiliyə uyğun uşaqların yerləşdirildiyi, təhsil aldığı bütün müəssisələrə nəzarət edir, monitorinqlər aparır.

Daha çox