Bu ilin yanvar-fevral ayları ərzində 9 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, onların 54,97 faizini kişilər, 45,03 faizini isə qadınlar təşkil edib.
Daha çoxDay: March 12, 2025
“Feyk” xəbərlərin cəmiyyətə nə kimi təsiri var?
“Analitik mərkəzlərin hesablamalarına görə, “Saxta xəbər”in gündəlik informasiya dövriyyəsində payı 45-80 faiz aralığında dəyişir”. Bunu SİA – ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, belə yüksək göstəricini həm texniki inkişafla (internetin, sosial media platformalarının çoxalması), həm də qlobal siyasi proseslərin aktivliyi ilə əlaqələndirirlər: “Məlumat üçün qeyd edək ki, müasir media nəzəriyyələri “Saxta xəbər”i (Fake news) növlərə bölürlər. Təsnifatlaşdırmanın nəticəsi olaraq, “Fake news”un qolları olaraq, “Misinformation” və “Disinformation” terminlərini bir-birindən ayırırlar. Onların ümumi cəhətləri budur ki, hər halında xəbərin yalan olduğunu, saxtalığını ifadə…
Daha çoxMərkəzi Aranda və ətraf ərazilərdə rəqəmsal radio yayımına başlanılıb
Azərbaycanın Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli sərəncamına uyğun olaraq, ölkə ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı icra edilməkdədir. Bu gündən Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+…
Daha çox“Dövlət rəhbərlərinin səfərləri əməkdaşlığı daha da genişləndirir”
“Azərbaycan Şimali Makedoniya ilə əlaqələrin ildən-ilə yaxşılaşdırılmasına böyük önəm verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Kömitə sədri xüsusilə vurğulayıb ki, dövlət rəhbərlərinin səfərləri, görüşlər, parlamentlərarası əlaqələr, bağlanan müqavilələr, imzalanmış sənədlər ikitərəfli münasibətlərdə mühüm rol oynayır və əməkdaşlığı daha da genişləndirir. “Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Avropanın Azərbaycan qazına olan tələbatının ödənilməsi qarşıda olan əsas vəzifələrdən biridir və on Avropa ölkəsinə qaz ixrac edilməsi buna sübutdur. Şimali Makedoniya Respublikasının prezidentinin Azərbaycana səfəri əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin daha da yaxşılaşdırılması baxımından…
Daha çoxMərkəzi Aran və ətraf ərazilərdə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb
Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+ standartlı radioötürücü ilə əvəz olunub. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Teleradio İstehsalat Birliyindən (İB) bildirilib. Məlumata görə, tədbirlər Planının icrası çərçivəsində Ağsu rayonu ərazisində yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasında “SYES” markalı 3000 Vt-lıq DAB+ standartlı radioötürücü anten-fider sistemi ilə birlikdə quraşdırılmaqla rəqəmsal radio yayımı şəbəkəsi genişləndirilib. Beləliklə, Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə 223,936…
Daha çoxCeyhun Bayramov şimali makedoniyalı həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Muçunski ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, siyasi dialoqun inkişafı, iqtisadi, ticarət, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Ceyhun Bayramov Azərbaycan və Şimali Makedoniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb. İkitərəfli əməkdaşlığın inkişafı üçün yeni…
Daha çox“Doğulan uşaqların 15%-i nikahdan kənar dünyaya gəlir”
“Doğulan uşaqların 15%-i nikahdan kənar dünyaya gəlir”. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” adlı keçirildiyi dinləmədə deyib. Onun sözlərinə görə, bu məsələ bizi düşündürməlidir: “Son illərdə anemiya ilə doğulan uşaqların sayında 65%, talessemiya ilə doğulanlarda isə 86% artım var. Bu, qohum nikahlarına görə olur. Həqiqətən qohum nikahlarının demoqrafiyada təbii artıma təsiri…
Daha çoxTürkiyənin bir qrup millət vəkili Bakıda iftar süfrəsinə qatılacaq
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvü Ramazan ayı ilə əlaqədar Bakıda iftar süfrəsində iştirak edəcək. Bu barədə SİA-ya Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AK Partinin İstanbul millət vəkili Şamil Ayrım bildirib. O deyib ki, martın 11-də İğdırda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və İğdır valiliyinin birgə təşkilatçılığı ilə iftar mərasimi təşkil edilib. Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyənin Diyanət İşləri rəhbəri Ali Erbaş, TBMM-in azərbaycanəsilli millət vəkilləri Şamil Ayrım və Cantürk Aalagöz, İğdır Qeyri-Hökumət…
Daha çox“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın hədəfləri açıqlanıb
Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində 10 hədəfə nail olunacaq. SİA xəbər verir ki, bunlar aşağıdakılardır: – Beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsinin təmin edilməsi; – mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin və prosedurların təkmilləşdirilməsi; – mülki aviasiyada rəsmiyyətin sadələşdirilməsinə dair məsələləri…
Daha çox“Azərbaycanın xarici siyasətində əsas prioritetlərindən biri Avropa ölkələridir”
“Azərbaycanın xarici siyasətində əsas prioritetlərindən biri Avropa ölkələridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, eyni zamanda Şərqi Avropa və Adriatik hövzəsi ölkələri də buraya daxildir: “Makedoniya prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin və bütövlükdə Adriatik hövzəsində münasibətlərin inkişafı üçün yeni əsaslar formalaşdıracaqdır. Çünki Makedoniya Azərbaycanın qaz ixracat marşrutu üzərindədir. Şimali Makedoniya bu gün Azərbaycandan qaz alır. Amma bu, təkcə münasibətlərin iqtisadi tərəfidir. Şübhəsiz ki, iki ölkə arasında mümkün turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi üçün də…
Daha çox