Zelenskidən Trampın zəhləsi gedir, bilirsiniz niyə? Çünki Ukrayna prezidenti ABŞ-ın indiki prezidentinin siyasi düşmənini müdafiə edib, onun seçki təbliğatında yaxından iştirak edib. Həm də Trampın ulu babalarının ilk dəfə Amerikada məskunlaşdığı, yəni mister Donald üçün ata yurdu sayılan Pensilvaniyada. Sanki Zelenskinin dərdi az imiş, o boyda savaşı bir tərəfə qoyub, “hava ilə tokalaşan (yumruqlaşan)” Baydenə təriflər yağdırmaq, hələ 4 il də ABŞ-a rəhbərlik etməsi üçün amerikalı seçicilərin “saqqızını oğurlamaq” eşqinə düşmüşdü. İndi Zelenskinin prezident seçilmə imkanlarını dəyərləndirmədiyi Tramp Ağ Evdədir və ukraynalı “həmkarı”na yerini göstərdi. Yəni, Volodimir qazana nə tökübsə,…
Daha çoxDay: March 12, 2025
“400-dən çox insan iştirak edəcək”
“Bakıda 2025-ci il martın 13-15-də keçiriləcək Qlobal Bakı Forumunda 400-dən çox insan iştirak edəcək”. SİA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu gün keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, forumda 50-dən çox ölkədən fəaliyyətdə olan və sabiq dövlət, eləcə də hökumət başçıları, həmçinin alimlər və ekspertlər iştirak edəcəklər.
Daha çoxMaliyyə Nazirliyində Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri ilə görüş keçirilib
Martın 12-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırki üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu və ölkəmizdə müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirilə biləcəyini diqqətə çatdırıb. S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib. Görüşdə Bankın fəaliyyəti,…
Daha çoxZəfərdən Suverenliyə
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Zəfərdən Suverenliyə” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Salahlı, Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Kərim Kərimov, məktəb direktorları, bağça müdirləri və müəllimlər iştirak edib. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Azərbaycan…
Daha çox“Bütün dinlərə mümkün qədər şərait yaradılır”
“Azərbaycanda xristianlara da, yəhudilərə də, hətta qeyri-ənənəvi dini təriqətlərə də dözümlülüklə yanaşılır”. Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib. O bildirib ki, bütün dinlərə mümkün qədər şərait yaradılır: “Dövlət tərəfindən xristian, yəhudi, hətta onlar səviyyəsində olmayan bir sıra məzhəblər, dinlərə yardım ayrılır. Dözümlülük, multikulturalizm baxımından Azərbaycanda başqa dinlərə qarşı multikulturalizm səviyyəsi məqbul sayılır. Azərbaycan nadir ölkələrdəndir ki, burada demək olar ki, dövlət siyasətinə mənfi yanaşmayan hər bir dini nümayəndəliyə hörmət, yardım edilir. Azərbaycan əhalisinin 94 %-i İslam, 3 %-i xristianlıq, 2 %-i dinsiz, 1 %-i isə…
Daha çoxBakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 18-də əlavə qatar reysləri təyin edir. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd edilib.
Daha çox“Azərbaycanda qadın-kişi bərabərliyi tam təmin olunub”
“Müasir konstitusiyada qadın hüquqları əsas prioritetlərdən biridir. İndi də bəzən spekulyasiya mövzusuna çevrilmiş uşaq müavinətləri məsələsi konstitusiyada birbaşa əksini tapıb”. SİA xəbər verir ki, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsnin sədri Əli Hüseynli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” adlı keçirilən dinləmədə deyib. Onun sözlərinə görə, qadın hüquqları xüsusi prioritet məsələ kimi rol oynayır: “Müasir konstitusiyada qadın hüquqları xüsusi qayda kimi göstərilir. Qadınların müasir dövrdə seçki hüquqları, hakimiyyət…
Daha çoxDİQQƏT: Sabah hava yenidən pisləşir?
“Martın 13-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək”. Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Qurum rəsmisi bildirib ki, gecə və səhər bəzi yerlərdə ara-bir duman olacaq: “Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13°-18° isti olacağı gözlənilir. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bəzi yerlərdə ara-bir duman olacaq, şərq küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 20°-25°, dağlıq ərazilərdə isə 12°-17° isti olacaq”. Müəllif: Qumral Əlizadə
Daha çoxAzərbaycan iqtisadiyyatı cüzi böyüyüb
Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb
Daha çox“Ailələr psixoloqa müraciət etdikdən sonra boşanma fikrini dəyişirlər”
“Məhkəməyə şikayətlər nəticəsində yeni problemlərin aliment yaxud nigah məsələlərinin pozulması barədə fikirlər yaranır. Bu fikirlərin aradan qaldırılması üçün vəətəndaşları aliment, yaxud nigah barəsində maafirləndirmə prosesləri həyata keçirilməlidir” SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazrinin müavini Abiddin Hüseynov Milli Məclisin “Konstutisiya və suverenlik ili” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları-konstutision hüquqların əsas prioriteti kimi” adlı keçirdiyi dinləmədə deyib. Onun sözlərinə görə, ailə cəmiyyətin özəyi kimi konstutisiyada öz əksini tapıb: “Ailə cəmiyyət üçün təlim və tərbiyə mühitidir. Azərbaycan respublikası konstutisayında ailə, uşaq və nigah məsələsinə çox geniş yer verilmişdir. Son…
Daha çox