Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış və qeyri-yaşayış sahələri alanlar ödəmiş olduqları ƏDV-nin 30%-ni geri ala bilərlər. ƏDV-nin geri qaytarılması üçün alıcı ödənişi nağdsız qaydada tam şəkildə etdikdən sonra 90 gün ərzində müraciət etməlidir. SİA xəbər verir ki, bu xidmət yalnız 500 kvadratmetrdən çox olmayan və yalnız mənzil-tikinti kooperativlərindən (MTK) alınan yaşayış və ya qeyri-yaşayış əmlaklarına şamil edilir. Bu imkandan faydalanmaq üçün www.e-taxes.gov.az portalında qeydiyyatdan keçmək və tələb olunan sənədləri təqdim…
Daha çoxDay: March 12, 2025
“Müharibəni dayandırmaq çox çətindir”
“Səudiyyə Ərəbistanının paytaxtında ABŞ və Rusiya arasında görüşün keçirilməsindən sonra həm də ABŞ və Ukrayna nümayəndələri arasında görüşün keçirilməsi onu deməyə əsas verir ki, mövqelər ABŞ tərəfindən tam öyrənilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirib ki, bununla bağlı Prezident Donald Trampa məruzə edilir: “Daha sonra Tramp və Putin arasında görüşə hazırlıq getməkdədir. Hesab edirəm ki, Tramp və Putin arasında görüş sülhə, təhlükəsizliyə, müharibənin dayanmasına yönəlik əsas görüş olacaq. Həm Ukraynanın, ümumilikdə Avropanın gələcək təhlükəsizliyi, iqtisadi durumu və eləcə də enerji, nəqliyyat və bu kimi məsələlərin gələcəyi…
Daha çoxBoris Conson atəşkəslə bağlı sürpriz açıqlama verib..?
Ukraynada atəşkəsə qarşı çıxan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson səsini dəyişib və “atəşkəs haqqında gözəl xəbəri” alqışladığını bildirib. SİA-nın məlumatına görə, təbii ki, bunu rus saytları,.. Tsarqrad yazır. …Xatırladaq ki, Martın 11-də Səudiyyə Ərəbistanında Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşdən sonra Kiyev Rusiyanın razılığı əsasında 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib. Dövlət katibi Marko Rubio vurğulayıb ki, “əgər və tezliklə” Moskva ilkin atəşkəsə razılaşarsa, “real danışıqlar” başlaya bilər. Nəşr qeyd edir ki, Conson əvvəllər Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarı olan digər avropalı siyasətçilər ilə…
Daha çoxBakıda səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb
Bakının Xətai rayonu, Xocalı prospektində piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb. SİA bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir. Məlumata görə, komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları qeyd edilən ünvanda monitorinq keçirərək, piyada səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edib: “İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində özbaşına artırma işlərinin qarşısı alınıb”.
Daha çoxErməni terrorçu toplumu insanlıq üçün ləkədir
Əsrlər keçsə də ermənilərin insanlığa, bəşəriyyətə qarşı törətdiyi vəhşiliklər unudulmayacaq. Ermənilər və onların havadarları azərbaycanlılara qarşı törədilən qətliamları silməyə çalışsa da, buna nail ola bilməyəcək. Çünki erməni vəhşi toplumu azərbaycanlılara, türklərə qarşı elə bir amansız soyqırımıları törədib ki, onları yaddaşlardan qismən belə silmək mümkün deyil. Biz bir millət olaraq heç zaman erməni soyqırımılarını yaddan çıxara bilmərik, həm də buna haqqımız yoxdur. Ermənilərin vəhşiliklərini unutmaq və ya onların üstündən keçmək yanlışlıq olardı. Nədən ki, keçmişini unudan bir xalqın gələcəyi yoxdur. İndiki və gələcək nəsillər ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri, soyqırımıları yaddaşlarına…
Daha çoxİşçilər niyə təhlükəsizliyi üstün tutmalıdırlar?
“Beynəlxalq Əmək Təşkilatının (BƏT) illik statistikasına əsasən il ərzində dünyada təxminən 270 milyon peşə qəzası və 160 milyon peşə xəstəlikləri qeydə alınır ki, bu qəza və xəstəliklər nəticəsində təxminən 2 milyon insan dünyasını dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib. O bildirib ki, bu rəqəmlər vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir: “İş yerində təhlükəsiz idarəetmənin vacibliyini şərtləndirən 3 səbəb var: Sosial – insanların öz rifahlarını təmin etmək üçün işə gedərək xəsarət almaları cəmiyyət tərəfindən qəbul olunmur. Təhlükəsizliklə bağlı əsas mənəvi öhdəliklər məhz işəgötürənin üzərindədir. Onlar işçilərin…
Daha çoxAzərbaycan İspaniyanın texnoloji həllərində və texnologiya transferində maraqlıdır
Azərbaycan İspaniyanın texnoloji həllərində və ölkəyə texnologiya transferində maraqlıdır. SİA İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr AZPROMO ilə İspaniya Ticarət Palatası və İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası (CEOE) arasında keçirilmiş görüşdə aparılıb. Agentliyin icraçı direktoru Yusif Abdullayev ötən il Agentliyin İspaniyaya etdiyi işgüzar səfərlərdən, imzalanan sənədlərdən danışıb, keçirilən biznes forumun sözügedən təşəbbüslərin məntiqi nəticəsi olduğunu qeyd edib. Bildirilib ki, ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Azərbaycanın strateji mövqeyi və tranzit imkanları İspaniya şirkətlərinə geniş perspektivlər açır. Bu müstəvidə yerli sənayenin İspaniyanın texnoloji həllərində və…
Daha çoxDaxili Qoşunların yaranmasının növbəti ildönümü münasibəti ilə tədbir keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibəti ilə tədbir keçirilib. Bu barədə SİA-ya DİN-dən məlumat verilib. Daxili Qoşunların Baş İdarəsində keçirilən tədbirdə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb. Nazir Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün…
Daha çox“Şiddətə meyillilik bu qədər dar çərçivəli problem deyil”
“Şiddətə meyilliliyi bir neçə amillərlə izah etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Psixoloq bildirib ki, çox zaman cəmiyyətdə şiddətə meyilli uşaq gördükdə uşağın şiddət gördüyünü söyləyirlər: “Doğrudur, səbəblərdən biri budur, lakin şiddətə meyillilik bu qədər dar çərçivəli problem deyil. Elə ailələr var ki, onların uşaqları valideynlərindən heç bir şiddət görməyib. Lakin izlədikləri çizgi filmlərindən, hər hansısa videoçarxlardan bəhrələnərək bu davranışı edirlər. Digər önəmli səbəblərdən biri də uşaqların ehtiyaclarının, duyğu və düşüncələrinin önəmsənilməməsidir. Səsinin eşidilməməsini görən uşaq haqlı və təbii olaraq aqressivləşəcəkdir. Bəzən…
Daha çoxGənc İstedadlar Proqramının iştirakçıları SOCAR-da təcrübəyə başlayıb
Gənc İstedadlar Proqramının (GİP) iştirakçıları Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) təcrübəyə başlayıb. SİA SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Gənc istedadlar” proqramının məzunlarının təəssüratlarını əks etdirən videoçarx nümayiş etdirilib. Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun çıxışları dinlənilib. Çıxışlarda SOCAR-da gənclər üçün yaradılmış imkanlar barədə məlumat verilib. Bu xüsusda, GİP-in 2022-ci ildən etibarən SOCAR-ın tələbə və məzunlar üçün həyata keçirdiyi unikal layihələrdən biri olduğu bildirilib. Proqramın istedadlı gəncləri SOCAR-a cəlb etmək, onların inkişafını səmərəli təşkil etmək, real iş mühitində müxtəlif…
Daha çox