Sankt-Peterburqdan olan tələbə kontakt linzalardan istifadə nəticəsində yaranan göz problemi səbəbindən xəstəxanaya getdikdən sonra Voronejdə dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə KP.RU yazır ki, Əvvəlcə həkimlər 18 yaşlı qıza damcı təyin ediblər, lakin onda fotofobi və şişkinlik yaranıb. Xəstənin xəstəxanaya yerləşdirilməsi rədd edilib. Gözü üçnü məlhəm təyin edilib, bu da kömək etməyib. Yenidən həkimlərin qəbuluna gedəndə qız xəstəxanaya yerləşdirilib və birbaşa gözünə hansısa maddə vurulub, sonra huşunu itirib. Qız özünə qaytarılıb, lakin bədənin reaksiyasına görə ikinci inyeksiya təxirə salınıb. Bir neçə saat sonra qız nəfəs almaqda çətinlik çəkdiyindən anasına…
Daha çoxDay: March 12, 2025
DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul elan olunub
Dövlət Sərhəd Xidməti 2025/2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edib. Bu barədə SİA-ya DSX Mətbuat Mərkəzindən məlumat verilib. Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2025-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən namizədlər 2025-ci ilin 27 mart tarixinədək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN…
Daha çoxKanada ABŞ mallarının bir sıra tariflərini elan etdi
Kanada hökuməti Donald Trampın Kanada polad və alüminiumuna tarifləri elan etməsindən sonra təxminən 20 milyard dollar dəyərində ABŞ mallarına rüsumlar tətbiq etməyi planlaşdırdığını bildirib. SİA-nın məlumatına görə, bu barədə CBC bildirib. …Çərşənbə günü Kanada hökuməti Trump-ın Kanada polad və alüminium tariflərinə cavab olaraq təxminən 30 milyard Kanada dolları dəyərində Amerika mallarına tariflər elan edib. Maliyyə naziri Dominik LeBlank Trampın Kanadaya tarif hücumunu əsassız adlandırıb və bildirib ki, Ottava ABŞ-ın yaxın tərəfdaşları ilə ticarətdə “axınmalar və xaos” yaratmasına qəti şəkildə cavab verməlidir. Nazir ətraflı məlumat verib ki, Kanada rüsumları Amerikanın polad…
Daha çox“Əvvəlcədən nəyisə demək əslində düzgün deyil”
“Yol-hərəkəti haqqında və nəqliyyat vasitələrinin qeydiyyata alınması ilə bağlı rüsumlarda elə bir ciddi dəyişiklik yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, Vətən müharibəsi qazilərinin, veteranların, ümumiyyətlə əlillərin və digər sosial təminatı az olan şəxslərin nəqliyyat vasitəsi ilə təmin olunmasını dövlət öz üzərinə götürmüşdür: “Yəni onların nəqliyyat vasitəsi ilə təminatını dövlət üzərinə götürdüyü üçün hər hansı bir nəqliyyat vasitəsinin alınması zamanı, gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsində bunlar nəzərdə tutulmayıb. Digər bir məsələ isə başqa prosedurlar və ya gələcəkdə olacaq hər hansı bir yeniliklərdə, əlavə dəyişiklik…
Daha çoxEnergetika nazirinin Ucardakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Energetika naziri Pərviz Şahbazovun martın 14-də Ucarda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. SİA nazirliyə istinadən xəbər verir ki, qəbul aprelin 11-də saat 11:00-dan başlayaraq Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73) keçiriləcək. Nazir Ucar, Zərdab, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici…
Daha çoxAİ rəsmisi Ankarada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib. SİA xəbər verir ki, bu barədə xüsusi nümayəndə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Ankaraya səfərimi yekunlaşdıraraq, türkiyəli həmkarlarıma Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Gürcüstandakı vəziyyət, habelə Ermənistan-Türkiyə normallaşması barədə açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkürümü bildirirəm”, – o qeyd edib. Qrononun sözlərinə görə, danışıqlarda Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya və Aİ-yə fayda gətirə biləcək qarşılıqlı əlaqə və…
Daha çox“Uşaq əməyinin istismarına görə cərimələr mövcuddur”
“İlk növbədə qeyd edim ki, uşaqların istismarı və uşaq əməyindən istifadə qanunvericiliklə tənzimlənir. Yetkinlik yaşına çatmamış və qanunvericiliklə müəyyən olunmuş uşaqların əmək prosesinə cəlb olunması qadağandır. Həmçinin buna uyğun müvafiq cərimələrdə vardır. Uşaq əməyindən istifadə olunması, yəni qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmamış uşaqların əmək prosesinə cəlb olunması hüquqi tənzimlənmə məsələsidir. Azərbaycan qanunvericiliyi, Əmək Məcəlləsi uşaqların istismarına aydınlıq gətirən əsas təməldir”. Bu sözləri sosioloq Ağasəlim Həsənov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Hər bir işə götürən şirkət ilk növbədə əmək prosesinə cəlb etdiyi işçinin yaş kateqoriyasını mütləq şəkildə nəzərə almalıdır.…
Daha çoxSiyasi dialoqun dəyəri
Cəmi bir neçə gün öncə, daha dəqiq, martın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Xankəndi, Əsgəran və Xocalıya birgə səfəri baş tutdu. Bu növbəti səfər idi, xatırladaq ki, siyasi partiya sədrlərinin bundan öncəki birgə səfərləri Ağdam, Şuşa və Zəngilana təşkil olunmuşdur. Ənənəvi media ilə yanaşı, internet televiziya kanallarının sözügedən səfərə kifayət qədər böyük diqqət ayırması isə sevindirici və diqqət çəkən məqamlardan idi. 24 siyasi partiyanın təmsilçiliyi ilə baş tutan səfərlə bağlı dövlət televiziya kanallarında, habelə sosial mediada maraqlı müsahibələrə də rast gəlmək olurdu.…
Daha çoxRubio, Rusiya atəşi dayandırsa, ABŞ-ın nə edəcəyini bildirib
Kreml hazırda “bəyanatları öyrənir”. …ABŞ Rusiyanın Ukraynada atəşkəsdən imtina edə biləcəyini istisna etmir. Bu halda, “məqsədlərinin nə olduğu haqqında çox şey deyəcək”. SİA xəbər verir ki, RBC-Ukrayna bu barədə ABŞ dövlət katibi Marko Rubionun İrlandiyada keçirdiyi brifinqdə verdiyi açıqlamaya istinadən yazır. … ABŞ dövlət katibi vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın məqsədi 30 və ya 60 günlük sülh deyil, davamlı sülh yaratmaqdır və bunun üçün hər iki tərəf danışıqlar masası arxasına oturmalı olacaq. …Rusiya yox desə, o zaman biz hər şeyi təhlil etməli və dünyada bizim…
Daha çox“Sinir sistemi dözmür, gücə düşür və tükənir”
“Yaz fəsilində depressiyaya düşən insanlar psixo-həssas insanlardır. Psixo-həssas insanlar ümumiyyətlə hər şeyə qarşı həssasdır. Çünki fəsilin dəyişimi insanları depressiyaya salmaz. Ümumiyyətlə belə bir hal yoxdur. Elmdə belə bir diaqnoz yoxdur ki, mən gedim nevroloqa, psixoloqa və mənə belə bir diaqnoz qoysun ki, səndə fəsil depressiyası var. Yəni belə bir şey yoxdur. Çünki insan doğulandan fəsillərin üç aydan bir bir-birini dəyişməsi normal bir şeydir”. Bunu SİA-ya açıqlamasına psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, insan doğulandan fəsillər arasında düzən var: “Bu belədir. Psixo-həssas travması deyil. Hansısa psixoloq söz gəlişi, reytinq xatirinə,…
Daha çox