Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. SİA xəbər verir ki, dəyişikliklə əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət alanlara şamil edilir. Artım, həmçinin, əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya…
Daha çoxDay: March 12, 2025
Sibirdə daşqın təhlükəsi barədə xəbərdarlıq edilib…
Təxminən 130 min nəfər əhalisi olan 880-dən çox yaşayış məntəqəsi daşqın zonasına düşə bilər. SİA-nın məlumatına görə, bunu Rusiya Prezidentinin Sibir Federal Dairəsindəki (SFD) səlahiyyətli nümayəndəsi Anatoli Serışev bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, Sibirdə yerli və regional avtomobil yollarının 440 hissəsi və 260-dan çox sosial əhəmiyyətli obyekt daşqın zonasına düşə bilər. Onun sözlərinə görə, yanğın təhlükəsi parametrlərinin orta uzunmüddətli qiymətlərini aşması ehtimalı proqnozlaşdırılır ki, bu da meşə və ilk növbədə landşaft yanğınlarına səbəb ola bilər. Region hakimiyyət orqanları, Rusiya Fövqəladə Hallar Nazirliyinin bölmələri və digər strukturlar riskləri azaltmaq və…
Daha çoxAilə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə…
Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmə keçirilib. SİA xəbər verir ki, komitənin sədri Hicran Hüseynova tədbiri açaraq bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. Beş il əvvəl isə Ali Baş Komandan İlham…
Daha çox“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın məqsədləri məlum olub
Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda 10 məqsəd nəzərdə tutulub. SİA xəbər verir ki, bunlar aşağıdakılardır: – hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi, əməliyyatların səmərəliliyinin artırılması; – ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın və məşğulluğun artırılması; – dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi; – keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması; – hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi; – rəsmiyyətin sadələşdirilməsi sahəsində ölkənin milli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması və…
Daha çoxJurnalist Rusiyanın atəşkəs şərtlərini xatırladır
…Kiprli jurnalist Aleks Xristoforu xatırladıb ki, Rusiya Ukraynadakı münaqişədə atəşkəs üçün şərtləri hələ 2024-cü ildə göstərmişdi. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb. …Unutmayaq ki, Rusiya ən azı 2024-cü ilin iyun ayına qədər atəşkəs şərtlərini açıq şəkildə elan edib. Bunu bəyan edən Kiprli jurnalist təklif edib ki, Moskva Vaşinqton və Kiyevin təklif etdiyi atəşkəslə razılaşmasa, ABŞ onu sülhdən imtina edən tərəf kimi göstərməyə çalışacaq. Əli Babayev
Daha çoxAzərbaycanda “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqlənib
Azərbaycanda “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqlənib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, “DOST” mərkəzlərində 12 sahə üzrə 139 xidmət göstərilir.
Daha çoxTaylandda batan qayıqdakılar xilas ediliblər…
Taylandda Andaman dənizinin ortasında batmaqda olan qayıqda 30-a yaxın turist ilişib qalıb. SİA xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb. Martın 10-da gəmi Koh Lipe adasından Phuket kurortuna üzürmüş. Böyük dalğalar səbəbindən qayığa su sızıb və qayıq su ilə dolduğu üçün kapitan ən yaxın körpüyə belə yana bilməyib. Hadisə yerinə bir patrul kateri və sürətli qayıq göndərilib. Onlar batan gəmidən 28 sərnişini təxliyə ediblər. Heç kim xəsarət almayıb. Bundan əvvəl Kolumbiyada turist qayığı yanıb. Və qorxuya düşən insanlar məhəccərlərin üstündən dənizə tullanmağa başlayıblar. Əli Babayev
Daha çoxAzərbaycan və Şimali Makedoniya arasında əlaqələrin inkişafı
1995 –ci ildə Azərbaycan və Şimali Makedoniya arasında qurulmuş diplomatik münasibətlər son illərdə dinamik inkişaf etmiş və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq istiqamətində mühüm addımlar atılmışdır. Ölkələrimiz coğrafi baxımdan uzaq olsa da, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək üçün səylərini davam etdirir. Enerji təhlükəsizliyi, ticarət əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Cari ilin 11 mart tarixində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovan ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçıları görüşərək mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya…
Daha çoxZelenski Rusiya atəşkəsdən imtina edərsə nə baş verəcəyini açıqlayıb
…Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsdən imtina edərsə, Vaşinqton ciddi addımlar atacaq. Onun sözlərinə görə, Amerika tərəfi Kiyevi gücləndirəcək. SİA-nın məlumatına görə, çərşənbə axşamı, martın 11-də Ukrayna Amerika tərəfinin 30 gün müddətinə müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb. Zelenskinin ofisinin rəhbəri Andrey Yermak qeyd edib ki, bu aksiya tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər. ABŞ Dövlət Departamentinin katibi Marko Rubio da bəyan edib ki, ABŞ prezidenti Donald Tramp atəşkəs istəyir və Ukrayna belə bir inkişafa hazırdır. İndi Vaşinqtonun atəşkəs…
Daha çoxİlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
Prezident İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib. SİA xəbər verir ki, Tatyana Valovaya COP29-un ölkəmizdə uğurlu təşkilinə və iqlim gündəliyi ilə əlaqədar qəbul olunmuş vacib qərarlara görə dövlət başçısına təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev BMT-nin ixtisaslaşmış aidiyyəti təşkilatlarının, o cümlədən Cenevrədəki ofisinin rəhbərliyinin də COP29-da fəal təmsil olunmasını və Azərbaycanla əməkdaşlığını məmnunluqla vurğuladı. Görüşdə Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə edildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə BMT-nin Cenevrədəki ofisinin rəhbərliyinin və ixtisaslaşmış…
Daha çox