“Avropa İttifaqı hələ də bu reallığı qəbul etmək istəmir”

“2020-ci il 44 günlük Vətən müharibəsi bir çox cəhətlərdən mühüm önəm kəsb edir və tarixə yazıldı. Əvvəla ona görə ki, Azərbaycan 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında qalan ərazilərini öz ordusunun gücü, Ali Baş Komandanın qətiyyəti və vətən övladlarının misilsiz qəhrəmanlığı nəticəsində işğaldan azad etdi. Bu eyni zamanda regionda yeni reallıqların əsasını qoydu. Hansı ki bu reallıqları məhz Azərbaycan öz tarixi qələbəsilə yaratdı. Lakin təəssüflər olsun ki, istər regionun bəzi ölkələri, istərsə də Avropanın bir sıra ölkələri, o cümlədən Avropa İttifaqı hələ də bu reallığı qəbul etmək istəmirlər”.…

Daha çox

Əgər Rusiya bundan imtina edərsə…

Moskva atəşkəsdən imtina edərsə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. SİA-nın məlumatına görə, bu barədə Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem bildirib. …Ukraynanın ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etdiyini öyrənmək məni çox ruhlandırdı. Ümid edirəm ki, Rusiya onlardan nümunə götürəcək. Rusiya bundan imtina edərsə, biz onları sanksiyalarla cəhənnəmə verməliyik. Qrem bunu çərşənbə günü, martın 12-də X sosial şəbəkəsində yazıb. Rusiyanın atəşkəs sazişini imzalamaqdan imtina etməsi halında mümkün tədbirlər “təkcə Rusiyaya təsir göstərməyəcək, həm də neft, qaz və uran da daxil olmaqla, Rusiya mallarını alan ölkələrə qarşı…

Daha çox

“Biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır”

“Azərbaycanın qadın sahibkarlığı ilə bağlı təcrübəsi özünəxas və unikaldır. Azərbaycan qısa müddət ərzində müstəqilliyini bərpa edib, yəni 30 ildən artıq müstəqillik dönəmi var”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Türkiyə tərəfindən təşkil olunmuş “Rəqəmsal trendlər: qadın sahibkarlığının gələcək iqtisadiyyatı formalaşdırılmasında rolu” adlı yan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Sovet İttifaqından çıxmış bir ölkə kimi Azərbaycan hələ də bəzi istiqamətlərdə onun standartlarının qalıqları ilə mübarizə…

Daha çox

Azərbaycanda “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” təsdiqlənib

Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini, eləcə də hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməli, hava limanlarının…

Daha çox

Ukraynada hərbi vəziyyət müharibə başa çatdıqdan sonra ləğv ediləcək

Ukraynada hərbi vəziyyətin ləğvi Rusiyanın tammiqyaslı təcavüzünə tam son qoyulandan sonra mümkündür və yalnız bundan sonra ölkədə seçkilər keçiriləcək. SİA xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı Vladimir Zelenski martın 12-də OP-nin YouTube-da videoçəkilişi yayımlanan brifinqdə bildirib. …Müharibə başa çatdıqdan sonra hərbi vəziyyət aradan qaldırılacaq və hərbi vəziyyət aradan qaldırıldıqdan sonra Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq. Ukrayna prezidenti əmin edib. Onun sözlərinə görə, 30 günlük atəşkəsin mümkün tətbiqindən sonra müharibəyə son qoymaq üçün tam plan hazırlana bilər. ….Ukrayna tərəfi üçün təhlükəsizlik…

Daha çox

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. SİA xəbər verir ki, qonaqlar, ilk növbədə, COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar. Onlar iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğuladılar. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinə COP29-da fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 16-dan artıq…

Daha çox

Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişlənməsi əsas hədəflərdəndir

Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafı xarici siyasət uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsidir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də ölkəmizə rəsmi səfəri bu reallığı bir daha təsdiqlədi. Mətbuata bəyanatında “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır” çağırışını edən dövlət başçısı İlham Əliyev tərəflərin əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduğunu diqqətə çatdırdı. Əməkdaşlıqda…

Daha çox

Britaniya sahillərində tankerə çırpılan gəminin kapitanı rus imiş..?

Şimal dənizi sahillərində gəminin qəzaya uğraması nəticəsində ekipaj üzvünün ölümündən bir gün sonra Böyük Britaniyanın Qrimsbi şəhərində 59 yaşlı rusiyalı adam öldürməkdə şübhəli bilinərək həbs edilib. SİA-nın məlumatına görə, bu barədə BILD xəbər verir. Hamburq gəmiçilik şirkəti Ernst Russ-un məlumatına görə, sözügedən şəxs “Solong” yük gəmisinin kapitanıdır. …59 yaşlı kişi davam edən araşdırmalara görə həbsdədir. Biz insidentin dəqiq şəraitini müəyyən etmək üçün bütün iştirakçılarla danışmağa davam edirik. BBC bunu baş nəzarətçi Kreyq Nikolsondan sitat gətirib. …Bazar ertəsi Hollandiyanın “Solong” yük gəmisi Rotterdama gedərkən aviasiya yanacağı ilə yüklənmiş lövbərlənmiş Stena Immaculate…

Daha çox

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. SİA xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlət başçısına və Azərbaycana təşəkkürünü bildirib. Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq ölkənin Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxunub, ölkənin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın BMT-nin…

Daha çox

Britaniya ABŞ tarifləri ilə bağlı cavab addımı atmayacaq

Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq etdiyi tariflərdən narazı olduğunu bildirsə də, Avropa İttifaqından fərqli olaraq, Vaşinqtona qarşı cavab xarakterli ticarət tarifləri tətbiq etməyəcəyini açıqlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Britaniya hökuməti ölkənin polad sənayesinin kiçik olmasına baxmayaraq, ABŞ-ın müdafiə, neft-qaz və tikinti sahələri üçün ixtisaslaşmış məhsullar istehsal etdiyini, bu səbəbdən tariflərdən azad edilməli olduğunu əvvəlcədən vurğulamışdı. Tramp isə ötən ay iki ölkə arasında xüsusi ticarət sazişi əldə olunacağı təqdirdə, Britaniyanın bu tariflərdən yayınacağını bildirmişdi. Lakin razılaşma baş tutmadığı üçün Britaniya da Trampın…

Daha çox