Bu gün 23 dərəcə isti olacaq

Ölkə ərazisində martın 12-də 23 dərəcə isti olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın…

Daha çox

Pezeşkiandan Trampa sərt cavab

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampı sərt tənqid edib. SİA “Reuters”ə istinadən xəbər verir ki, o, Trampın Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə davranışını utancverici adlandırıb. “Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların “biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm” demələri qəbuledilməzdir. Səninlə danışıqlara belə getməyəcəyəm, nə qələt istəyirsən, et!”, – o bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl Tramp İranın ali lideri Əli Xameneiyə məktub ünvanlayaraq Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini vurğulayıb. Buna cavab olaraq isə Xamenei Tramp administrasiyası ilə heç vaxt…

Daha çox

Roma Papasının əhvali-ruhiyyəsi yaxşıdır

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin əhvali-ruhiyyəsi yaxşıdır, özünü daha yaxşı hiss edir və ətrafdakı insanlarla söhbət edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb. “Pontifik gün ərzində təyin edilmiş müalicələri, farmakoloji, tənəffüs və terapiyanı davam etdirib. O, həmçinin VI Pavel zalında keçirilən ruhani məşqlərini videobağlantı vasitəsilə izləyib, xəstəxanadakı kilsədə dua edib”, – deyə məlumatda bildirilir. Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Daha çox

Şəhər ələ keçirildi

Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən 23 Mart Hərəkatının (M23) üsyançıları Cənubi Kivu əyalətinin Lvanquku şəhərini ələ keçiriblər. SİA xəbər verir ki, bu barədə Actualite portalı məlumat yayıb. Mövcud məlumata görə, Cənubi Kivu əyalətinin inzibati mərkəzi Bukavu şəhərindən 50 kilometr aralıda yerləşən Lvanquku bir günlük döyüşdən sonra hökumət qoşunları və onların müttəfiqləri Vazalendo milisləri tərəfindən tərk edilib. Hazırda üsyançılar Lvanquku şəhərinin mərkəzi hissəsini işğal ediblər və qanlı döyüşlər davam edir. Xatırladaq ki, yanvarın 27-də M23 qrupu DRC-nin Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinin tutulduğunu bildirdi . Üsyançıların lideri Kornel…

Daha çox

Fransada bank işçiləri girov götürüldü

Fransa Polisi Romilly-sur-Seine kommunasında bank filialının işçilərini girov götürən silahlı basqınçını həbs edib. SİA xəbər verir ki, bu barədə “CNews” telekanalı jandarmaya istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, hücum edən şəxs bankın binasında bir nəfəri girov saxlayıb. O, daha sonra sərbəst buraxılıb. France 3 telekanalı isə hücumçunun əvvəlcə üç nəfəri girov götürdüyünü bildirmişdi. Onları bank filialına apararaq danışıqlar aparılmasını tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dialoqa başlayandan sonra təcavüzkar bir nəfəri sərbəst buraxıb.

Daha çox

Azərbaycan və İspaniya arasında həftəlik uçuş tezliyinin artırılması müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüş zamanı iki ölkə arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda həftəlik uçuş tezliyinin artırılması, eləcə də dəmir yolu və metro nəqliyyatı sahəsində İspaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Daha çox

BMT Rusiyaya edilən PUA hücumlarını pislədi

“Ukraynanın Rusiyaya pilotsuz təyyarə hücumu zamanı mülki əhalini və infrastrukturu hədəf almasını qətiyyətlə pisləyirik”. SİA xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bəyan edib. “Biz harada baş verməsindən asılı olmayaraq, mülki şəxslərə və mülki infrastruktura qarşı bütün hücumları qətiyyətlə pisləyirik. Bu cür hücumlara son qoyulmalıdır”. Düjarrik tərəfləri gərginliyi azlatmağa və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

Daha çox

Ukrayna 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verib

Ukrayna Prezidentinin Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddə görüşündən sonra birgə bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatın mətni Ukrayna Prezidenti Ofisinin saytında dərc olunub. “Ukrayna ABŞ-ın Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə, tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti, 30 günlük atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ Rusiyaya çatdıracaq ki, Rusiya tərəfi də qarşılıqlı sülhə razılıq verməlidir”, – deyə bəyanatda bildirilir.

Daha çox

Demək olar ki, 1,7 min miqrant Rusiya vətəndaşlığını itirib

…2024-cü ildə 1684 nəfər Rusiya vətəndaşlığını itirib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. O, Telegram kanalında vətəndaşlığa xitam verilməsi barədə qərarların Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz əməllərinə görə əvvəllər vətəndaşlıq almış şəxslərə münasibətdə qəbul edildiyinə aydınlıq gətirib …Volk xatırladıb ki, Rusiya vətəndaşlığından məhrum etmək üçün əsaslar cinayət törətmək və ya törətməyə hazırlıq, habelə ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlərdir. Bundan əlavə, hərbi xidmətə ilkin qeydiyyatdan keçməmə, vətəndaşlıq alarkən saxta sənədlər təqdim etmə və ya yalan məlumat…

Daha çox