Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək. Bu barədə SİA “Azəriqaz”a istinadən xəbər verir. Bildirilib ki, martın 14-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.
Daha çoxDay: March 12, 2025
Uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar həmin müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir. Qərarda xidmətlərin təşkili istiqaməti üzrə müəssisələrdə uşaqların əqli, fiziki və psixoloji inkişafının təmin edilməsi üçün uyğun şəraitin yaradılması, müəssisələrdə çalışan işçilərin icbari tibbi müayinədən keçirilməsi, uşaqlara dair fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və digər zəruri tələblər öz əksini tapır. Eyni zamanda uşaq müəssisələrində yaşayış şəraiti, (təhlükəsizliyin təşkili, yanğından mühafizə, sanitariya-gigiyena və əksepidemik rejimin norma və qaydalarına riayət…
Daha çoxBərdədə 11 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının yenidən qurulması istiqamətində işlərə start verilib. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Əsasən yararsız asfalt və çınqıl örtükdən barət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb. Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun…
Daha çoxAzərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaradılmasından 33 il ötür. SİA xəbər verir ki, 1991-ci ilin dekabrında keçmiş SSRİ DİN-in Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan DİN-nin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb. Belə ki, 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan…
Daha çoxAzərbaycan nefti bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları və ya 0,15% artaraq 72,92 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,81 ABŞ dolları təşkil edib.
Daha çoxDünya bazarlarında neft bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
Daha çoxNyu-York birjasında təbii qazın qiyməti cüzi artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,05% artaraq4,349 ABŞ dolları təşkil edib.
Daha çoxBakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. “20 Yanvar” dairəsində; 4. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 5. Babək prospekti, mərkəz istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından…
Daha çoxKir Starmer ABŞ və Ukrayna arasındakı atəşkəs planını alqışlayıb
Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya-Ukrayna arasında ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs planının razılaşdırılmasını sülh üçün əhəmiyyətli irəliləyiş adlandırıb. SİA “The Independent”ə istinadla xəbər verir ki, Starmer münaqişənin gedişatını müəyyən edəcək növbəti addımı Moskvanın atmalı olduğunu deyib: “Bu, Ukrayna üçün sülh yolunda mühüm bir andır və indi biz hamımız sabit və davamlı sülhə mümkün qədər tez nail olmaq üçün səylərimizi ikiqat artırmalıyıq”, – deyə o, bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya hərbi yardımın dayandırılmasına dair əvvəlki qərarını ləğv etdiyini və Kiyev ilə kəşfiyyat məlumatlarının…
Daha çoxRusiya Odessa limanına zərbə endirdi
Bu gün axşam saatlarında Rusiya ordusu Odessa dəniz ticarət limanına ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində xarici gəminin dörd ekipaj üzvü həlak olub. SİA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Bildirilib ki, yerli vaxtla aat 20:15 radələrində Odessada hava hücumu həyəcanı elan edilib və bir neçə dəqiqə sonra şəhərdə güclü partlayış baş verib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı rusların şəhərə ballistik raket atdığını qeyd edib. “İlkin məlumata görə, “MJ Pınar” gəmisinin dörd ekipaj üzvü həlak olub, daha bir dənizçi isə yaralanıb. Şirkətin göyərtədə olan əməkdaşı da yaralanıb”, –…
Daha çox