Azərbaycan və Macarıstan ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Budapeştdə səfərdə olan P. Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Görüşdə görüşdə “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə olunub: “Həmçinin, Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparılıb”.
Daha çoxDay: March 11, 2025
Azərbaycan və Şimali Makedoniya prezidentlərinin təkbətək görüşü olub
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxDövlət Məşğulluq Agentliyinin “Əmək və Məşğulluq” altsistemi beynəlxalq müsabiqədə qalib seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Agentliyin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) qurum tərəfindən təşkil edilən Global Banking & Finance Awards” müsabiqəsində “İnnovasiyada mükəmməllik” kateqoriyası üzrə qalib seçilib. Həmin mükafat altsistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimi meyarlara əsasən verilib. Qeyd edək ki, müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Xorvatiya, Portuqaliya, Türkiyə və s. daxil olmaqla 100-ə yaxın ölkədən…
Daha çoxAzərbaycan Macarıstanla enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Macarıstan ikitərəfli enerji əməkdaşlığının prioritetlərini müzakirə edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr Budapeştdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 10-cu iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşündə aparılıb. Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Enerji təchizatı ilə bağlı müasir reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin, Cənubi Qaz Dəhlizinin mühüm rolu vurğulanıb. Azərbaycandan Avropa ölkələrinə qaz tədarükünün perspektivi dəyərləndirilib, qaz ehtiyatlarının işlənilməsi…
Daha çoxQazaxıstanla iqtisadi əməkdaşlığın potensialını tam reallaşdırmaq üçün səylər artırılmalıdır
2024-cü ilin yekunlarına əsasən, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 500 milyon dolları ötüb. SİA xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Astanada Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib. “İlkin kapital həcmi 300 milyon dollar təşkil edəcək Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında birgə investisiya layihələrinin icrasına əhəmiyyətli töhfə verəcək”, – deyə nazir bildirib. O qeyd edib ki, yüksəksəviyyəli dövlətlərarası əlaqələri və fəal siyasi dialoqu nəzərə alaraq, iqtisadi əməkdaşlığın potensialının tam reallaşdırılması üçün…
Daha çoxDumanlı hava ilə bağlı sürücülərə müraciət
Ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-dək davam edəcək. Dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da, məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin başvermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə bildirilib. Baş Dövlət Yol Polisi İdarəsi bir…
Daha çoxAzərbaycanda Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar müəyyənləşib
Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar aşağıdakılardır: – Bütün ölkə ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə; – Ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə). Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara…
Daha çoxAzərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də mətbuata bəyanatlarla çıxış ediblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxAzərbaycanda bazar paylarının hesablanması qaydası təsdiqlənib
Nazirlər Kabineti “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu Qayda Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Onun məqsədləri üçün Herfindal-Hirşman İndeksindən istifadə olunur. Bu indeks müvafiq bazarın məhsul və coğrafi sərhədləri çərçivəsində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin bazar paylarının kvadratlarının cəmi olaraq hesablanan və ya cəminin 100-ə bölünməsi ilə faiz şəklində hesablanan bazar təmərküzləşməsi göstəricisidir. Bu Qaydada istifadə olunan digər anlayışlar Məcəllə və digər normativ hüquqi…
Daha çoxŞimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verdi. Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Daha çox