Bu gün Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilir. SİA xəbər verir ki, mediaturda media nümayəndələri iştirak edirlər. Onu da qeyd edək ki, 1964-cü ildən fəaliyyət göstərən müəssisəyə 70-dən, çox vacib olduqda isə 60 yaşdan yuxarı ahıllar qəbul edilir. Müəssisə iki korpusdan ibarətdir, 119 kişi, 111 qadın olmaqla 130 ahıl şəxs burada yaşayır.
Daha çoxDay: March 11, 2025
Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berik Arın ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi, qlobal ərzaq təhlükəsizliyi problemlərinin həlli və birgə təşəbbüslər vasitəsilə davamlı həll yollarının araşdırılması müzakirə edilib. Ceyhun Bayramov Azərbaycanın donor dövlət kimi rolunu vurğulayaraq onun beynəlxalq humanitar yardım və inkişaf proqramlarına verdiyi töhfələrə diqqət çəkib.
Daha çoxAzərbaycana 2 ayda xaricdən 339 minə yaxın turist gəlib
Bu ilin yanvar-fevral ayında Azərbaycana 338 min 621 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır. Təkcə fevralda isə ölkəyə 165 968 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 5,1 % azdır. Hesabat dövründə Azərbaycana ən çox turist 79 329 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (63 107 nəfər), 3-cü yerdə isə Hindistandan (33 663 nəfər) qərarlaşıb. Bundan başqa, il ərzində İrandan 31,4 min,…
Daha çox“Nə yaxşı ki, buradayam”
“Nə yaxşı ki, mən buraya gəlmişəm”. SİA xəbər verir ki, bu sözləri Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinə mediatur zamanı müsahibəsində Rüxsarə Qasımova deyib. Onun sözlərinə görə, bu günə şükürlər olsun: “Artıq iki aydır ki, gəlmişəm. Günlərim çox yaxşı keçir. İstədiyim vaxt idmana gedirəm, istədiyim vaxt yemək bişirirəm. Yemək müəssisəmizdən olsa da, özüm də ürəyim istədiyi yeməyi bişirə bilirəm. Otaqların, müəssisənin şəraiti çox yaxşıdır. Allah dövlətimizin, Prezidentimizin canını sağ etsin”.
Daha çox“Azərpoçt”un adından dələduzluq halları var
Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir. SİA xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilir ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb. ETX vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən…
Daha çoxİlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə lanç əsnasında geniş tərkibdə görüşü olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxPirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib. SİA Agentliyə istinadən xəbər verir ki, Parkda layihələrinin investisiya dəyəri 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. İş adamları 43 milyon manatdan çox investisiya yatırıb, 160-dan çox daimi iş yeri yaradıb. Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Park Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 30 hektar ərazini əhatə edir.
Daha çoxQAİ Ermənistanı sülh prosesinə maneə törədən destruktiv hərəkətlərdən çəkinməyə çağırıb
Qərbi Azərbaycan İcması (QAİ) Ermənistanı sülh prosesinə maneə törədən belə destruktiv hərəkətlərdən çəkinməyə çağırır. SİA xəbər verir ki, bu fikirlər icmanın yaydığı bəyanatda yer alıb. “Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb”, – bəyanatda qeyd olunub. İcma qeyd edib ki, Ermənistanın, onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz…
Daha çoxZakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə görüşüb. SİA xəbər verir ki, Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin innovativ yanaşma ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr bankının yaradılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Z.İbrahimov tanışlıq xarakteri daşıyan görüşdə mentorluq proqramının iştirakçılarını dövlət tərəfindən yaradılmış bu şansdan düzgün istifadə edərək, yüksək rəqabət şəraitində keçən müsabiqədə qaliblər…
Daha çoxCeyhun Bayramov təyyarə qəzası zamanı göstərilən yardıma görə Qazaxıstana təşəkkür edib
Ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəmizin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərhal sonra axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan dövlətinə və bütün qazax xalqına təşəkkür edirəm. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə aparılan danışıqlardan sonra jurnalistlər üçün brifinqdə deyib. “Azərbaycan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçılarımız…
Daha çox