Media nümayəndələri ahılların təqdimatında tamaşaya baxıb, onlarla futbol oynayıb, birlikdə çərşənbə tonqalı qalayıblar. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edib. Media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada ahıllara göstərilən xidmətlərlə əyani tanış olublar. Qeyd edilib ki, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Burada…
Daha çoxDay: March 11, 2025
“Turan İnformasiya Agentliyi” kreditorlarına müraciət edib
Ləğv prosesində olan “Turan İnformasiya Agentliyi” MMC kreditorlarına müraciət edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 186, mənzil 24 ünvanına bildirə bilərlər.
Daha çoxAzərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır
Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. SİA xəbər verir ki, bu sözləri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib. “Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır”, – deyə Prezident vurğulayıb.
Daha çoxBaş prokuror Suraxanıda vətəndaşların müraciətlərini dinləyib
Martın 11-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün…
Daha çoxSazişlərdə rəqabətə dair meyarlar təsdiqlənib
Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarlar təsdiqlənib. SİA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Üfüqi sazişlərin bağlanılması nəticəsində Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla sazişin bağlanıldığı andan etibarən aşağıdakı hallardan azı ikisi müəyyən edildikdə həmin sazişlər rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən sazişlər hesab edilir: – azı 90-180 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinin birgə bazar paylarının azı otuz beş faiz azalması və saziş iştirakçılarının birgə bazar paylarının müvafiq olaraq artması; – azı 90-180 gün ərzində…
Daha çoxAzərbaycan təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir
Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. SİA xəbər verir ki, bu fikirləri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib. O qeyd edib: “Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də…
Daha çox“Kişi güclü olmalıdır”
“Bizim cəmiyyətdə oğlan uşaqları dünyaya göz açdığı andan etibarən onlara müəyyən bir missiya yüklənir”. Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt Orxan Şəfizadə deyib. Psixoloq bildirib ki, onların ailənin dayağı, güclü və məsuliyyətli bir fərd kimi böyüməli olduğu düşüncəsi, bəzən onların emosional ehtiyaclarını kölgədə qoyur: “Halbuki oğlan uşaqlarının da qorunmağa, başa düşülməyə və hisslərini ifadə etməyə haqqı var. Mənəvi İstismar Nədən İbarətdir? Mənəvi istismar təkcə zorakılıq və sərt tənqid deyil. Bu, bəzən “oğlanlar ağlamaz”, “güclü olmalısan”, “sən ailənin yükünü çəkməlisən” kimi görünən ifadələrlə başlayır. Kiçik yaşlardan emosiyalarını gizlətməyə məcbur edilən oğlan…
Daha çoxGürcüstan Prezidenti Sahibə Qafarovanı qəbul edib
Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Prezidenti Mixail Kavelaşvili tərəfindən qəbul edilib. SİA xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb. Bildirilib ki, Prezident Kavelaşvili Orbeliani sarayında Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edib. Görüş zamanı tərəflər iki ölkə arasında tarixən möhkəm dostluq münasibətlərini müzakirə edib, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərinə diqqət yetiriblər. Söhbət zamanı Ölkələr arasında müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın vacibliyi vurğulanıb. Görüşdə Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də toxunulub. Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu…
Daha çoxFalçılıqla məşğul olanlar NECƏ CƏZALANACAQ?
“Son zamanlar yalançı, dələduz falçıların özfəaliyyəti hüquq-mühafizə orqanlarının da diqqətini artırmaqdadır. Qızı ərə getməyən, oğlu iş tapmayan, uşağı olmayan, əri içki düşkününə çevrilən, əri xəyanət edənlərin mədət umduğu yer falçılardır. İnsanlar öz bədbəxtliklərini qabaqlamaq üçün onlara üz tuturlar. Cəmiyyətdə günü-gündən daha çox qarşımıza çıxan bu qədim adətin, inancın səbəbi, əlbəttə ki, cəhalətdir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib. Onun sözlərinə görə, Azərbaycanda falçılığa qarşı daim mübarizə aparılır: “Falçılığ dini xurafatın elementidir. Falçılıq fırıldaqçılıqdır. Bu ad altında insanları aldadaraq onların əmlakını, vəsaitini əlindən…
Daha çoxCeyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə əməkdaşlığı müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berik Arın ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi, qlobal ərzaq təhlükəsizliyi problemlərinin həlli və birgə təşəbbüslər vasitəsilə davamlı həll yollarının araşdırılması müzakirə edilib. Ceyhun Bayramov Azərbaycanın donor dövlət kimi rolunu vurğulayaraq onun beynəlxalq humanitar yardım və inkişaf proqramlarına verdiyi töhfələrə diqqət çəkib.
Daha çox