“Özəl məktəblər təbii ki, ödəniş qarşılığında şagird qəbulunu həyata keçirirlər və eyni zamanda özəl məktəblərdə şagirdlər məktəbə qəbul olunarkən müəyyən testdən keçirlər. Çünki, həmin məktəbə ödəniş edən valideyn qarşılığında sabah həmin özəl məktəbdən övladının təhsili ilə bağlı nəticəni tələb edəcək”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib. Onun sözlərinə görə, özəl məktəblər ilk olaraq şagirdin biliyini, bacarığını və qabiliyyətini yoxlayır. Daha sonra həmin şagirddə əgər perspektivdə nəticə almaq mümkün olacaqsa, həmin şagirdi qəbul edir. Eyni zamanda özəl məktəblər adından göründüyü kimi valideynlərin vəsaiti hesabına təhsili formalaşdırırlar və eyni…
Daha çoxDay: March 11, 2025
Azərbaycanda “Rəqabət Məcəlləsinə uyğun maliyyə sanksiyalarının hesablanması Qaydaları” təsdiqlənib
Nazirlər Kabineti “Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması, tətbiqi meyarları və Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Məcəllədə nəzərdə tutulan maliyyə sanksiyalarını yüngülləşdirən amillər olduğu halda, qanun pozuntularına görə maliyyə sanksiyası aşağıdakı qaydada tətbiq edilir: – Məcəllədə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 65 %-dən çox olmamaq şərtilə, Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 % məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 % məbləğində, 79.1.3-cü…
Daha çoxŞadam ki, Azərbaycanla Şimali Makedoniya arasında siyasi dialoq dinamik xarakter alır
Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı qeyd edib: “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”.
Daha çoxİnsanlar göbələk alarkən nəyə diqqət etməlidir?
Dünyada minlərlə növü olan göbələklər xlorofilsiz, heterotrof orqanizmlər olub, quruluşuna, ölçüsünə, yaşadığı şəraitə görə fərqlənir. Göbələyə hər yerdə – suda, torpaqda, yemlərin və qidaların tərkibində, ölü üzvi toxumalarda və s. rast gəlmək mümkündür. Qeyd edək ki, bəzi göbələklər mikotoksinlər adlanan zəhərli birləşmələr sintez edir. Bəs insanlar yeməklərində istifadə etmək üçün alınan göbələklərdə nəyə diqqət etməlidirlər? Göbələyin zərərli və xeyirli tərəfləri hansılardır. Mövzu ilə bağlı SİA qida ekspertlərinin fikrlərini öyrənməyə çalışıb. “Göbələk ən çox sevilən və eyni zamanda tələb olunan qidalar sırasında olsa da, hər zaman yüksək risk qrupuna aid qidalardandır”.…
Daha çoxMəcnun Məmmədov Masallıda vətəndaşları qəbul edəcək
Martın 17-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Qəbulda iştirak etmək istəyənlər Masallı DAİM-ə (050 2874244) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Daha çoxAvropa Azərbaycan qazına ehtiyac duyur
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib. Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”. Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə…
Daha çoxBu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir
Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında bildirib. “Biz Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşmışıq”, – deyən dövlətimizin başçısı əlavə edib. Azərbaycan Prezidenti, həmçinin vurğulayıb: “Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.
Daha çoxƏcnəbi şəxslərlə evlənənlərin sayı niyə çoxalıb?
“Həyatımıza internet daxil olubsa, bu kimi halların gözlənilməsi də qeyri-adi deyil”. Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib. O bildirib ki, bu gün internet dünyasında yaşayırıq: “Bütün dünyada insanların bir-birinə bir an içərisində əlaqəsi var. Yəni söhbətləşmə, görüntülü danışma, görüntülü video və s. bütün bunlar hamısı insanların bir-birini görüb bəyənməsinə, həm də bir-birindən istifadə etməsinə səbəb olur. Yəni əcnəbilər ilə bu qədər evlənmə sayının çox olması da elə internet dünyası ilə birbaşa bağlıdır. Əvvəlki illərdə SSRİ dövründə Azərbaycanın digər xarici dövlətlər ilə sərhədləri bağlı idi. Amma müstəqillik illərindən…
Daha çoxBakıda Cəlil Məmmədquluzadə küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Sabah saat 09:00-dan 23:00-a qədər Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinə qədər olan hissəsində tam məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.
Daha çoxŞimali Makedoniya Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha çox