Azərbaycanda siyasi partiyalararası əməkdaşlığın yeni modeli yaranıb

Azərbaycanda hər bir sahədə müasir dövrün tələblərinə uyğun olaraq yeni islahatların, dəyişikliklərin aparılması, planlı sosial, iqtisadi siyasətin həyata keçirilməsi ölkəmizə böyük uğurlar gətirib. Xüsusilə də, 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azadlığına qovuşması ölkəmizin imicini nəinki regionda, ümumilikdə dünyada daha da möhkəmləndirib, hörmətini, nüfuzunu artırıb. Təbii ki, qazanılan böyük uğurların kökündə ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik siyasəti dayanır. Məhz Prezident İlham Əliyevin uzaqgörən, praqmatik siyasəti sayəsində Azərbaycan dünyanın ən inkişaf edən, azad, demokratik dövlətlərdən hesab olunur. Azərbaycan dünya miqyasında həm də sabitlik adası…

Daha çox

“Moskva Neft Emalı Zavodu zədələnib…”

“Drujba” neft kəməri stansiyasına da ziyan dəyib… Artıq məlum olduğu kimi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, martın 11-nə keçən gecə Ukrayna qoşunları Kapotnyadakı Moskva Neft Emalı Zavodunun istehsalat obyektlərinə zərbələr endirmək üçün pilotsuz təyyarələrdən istifadə edib. …Xüsusən, ildə 11 milyon ton neft emal etməyə qadir olan və Moskvanın dizel və benzinə olan tələbatının 40-50 faizini təmin edən Moskva Neft Emalı Zavodunun istehsal gücünə böyük zərbə vurulub. SİA-nın məlumatına görə, bunu nəşr yazır. Ukrayna Silahlı Qüvvələri, həmçinin Oryol vilayətindəki “Drujba” neft kəmərinin texnoloji…

Daha çox

Tərtərdə qanvermə aksiyası keçirilib

Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə qanvermə aksiyası təşkil edilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin, Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər. Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 200 nəfər qan verib. Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Daha çox

Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

Cari ilin yanvar-fevral ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112 min 754 şəxs qəbul edilib, onlara 178 min 542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətləri olub. SİA-nın məlumatına görə, Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 fazini təşkil edib: •…

Daha çox

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün qaydalarda dəyişiklik edilib

Azərbaycan Dövlət Miqrasiya Xidməti 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən müvafiq qərar imzalayıb. Qərara əsasən, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, namizəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun…

Daha çox

Rusiyanın daha altı yaşayış məntəqəsinə hücum edilib

…Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz uçuş aparatları (PUA) Belqorod vilayətində 6 yaşayış məntəqəsinə hücum edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Telegram-da məlumat verib. Onun sözlərinə görə, Valuyki şəhərində FPV pilotsuz uçan aparatının zərbəsi bir avtomobilə, həmçinin üç fərdi evin fasadlarına və hasarlarına ziyan vurub. Şelayevo kəndində pilotsuz təyyarə yerə düşən zaman partlayıb. Nəticədə iki evə və bir avtomobilə ziyan dəyib. Şebekinski rayonunun Dobroe kəndində PUA ticarət müəssisəsinin ərazisindəki avadanlıqları zədələyib. Şamino kəndində pilotsuz təyyarə minik avtomobilini vurub. …Daha bir pilotsuz təyyarə Nijneye…

Daha çox

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli xanım Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Xanım Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ikinci səfərinizdir. Mən çox şadam ki, Siz COP29 konfransında da fəal iştirak etmisiniz və konfransın uğurla keçirilməsinə öz töhfənizi vermisiniz. Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul…

Daha çox

Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq

Bu ilin 20-31 mart tarixlərində (Bayram gönləri) Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) SİA-ya verilən məlumata görə, iş və istirahət günlərinin ardıcıllığının təmin olunması məqsədilə Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliyə əsasən, 1 aprel tarixində qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.

Daha çox

“Məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır”

“Azərbaycanın dövlət siyasətində hazırda prioritet məsələlərdən birini Zəngəzur dəhlizinin açılması təşkil edir. Bu həm Naxçıvanla quru əlaqəsinin bərpa olunması baxımından, həm də Türk dünyasının birliyi baxımından olduqca vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Politoloq bildirib ki, digər bir tərəfdən isə Zəngəzur əsrlər boyu Azərbaycan torpağı olub və indi həmin ərazilərdən ən azından nəqliyyat yolu olaraq istifadə etmək bizim haqqımızdır: “Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ Azərbaycanla Ermənistan arasında aparılan sülh sazişi ilə bağlı sazişin mətnindən çıxarılsa da, bu məsələ bizim üçün prioritet təşkil edir və davamlı şəkildə…

Daha çox

ABŞ və Ukrayna danışıqları bərpa edir

…ABŞ və Ukrayna Səudiyyə Ərəbistanının Ciddə şəhərində fasilədən sonra danışıqları bərpa edib. SİA-nın məlumatına görə, bu barədə CBS News-un jurnalisti Cennifer Djeykobs X sosial şəbəkəsində yazıb. …Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak və Ukrayna nümayəndə heyəti ilə görüş hələ başa çatmayıb, – deyə müxbir vurğulayıb. Djeykobs yarım saatdan çox davam edən fasilədən sonra Vaşinqton və Kiyev arasında danışıqların yeni raundunu elan edib. Jurnalistin sözlərinə görə, mənbələr ona üç saatdan çox davam edən danışıqların birinci raundundan sonra müzakirələrin davam etdiriləcəyini bildiriblər. Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukrayna…

Daha çox