Zərərçəkmişlər Vardanyana ən ağır cəza verilməsini istəyirlər…

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmişlər ifadə veriblər. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyini deyib. Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət…

Daha çox

Birbank-ın “PO Growth” proqramına start verildi

Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq. “PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və…

Daha çox

Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidentİ İlham Əliyevin adından təşəkkür edib. SİA xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.

Daha çox

Rusiya Aİ-ni ABŞ-la Ukrayna üzrə dialoqa mane olmaqda ittiham edir

Avropa İttifaqı (Aİ) ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı dialoqa mane olmaq üçün hər cür səy göstərir. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Avropa İttifaqını bunda ittiham edib. …Avropa İttifaqı nəhayət öz deqradasiyasını başa vuraraq müharibə üçün üzrçü oldu və bu gün Ukrayna üzrə Amerika-Rusiya dialoquna mane olmaq üçün hər cür səy göstərir. Bunu diplomat bildirib. Onun sözlərinə görə, Moskvanın Brüssellə dialoqu yoxdur, çünki orada demək olar ki, adekvat həmsöhbət qalmayıb. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,…

Daha çox

Qızılın qiymətində kəskin artım müşahidə olunur

Azərbaycanda qızıl bazarına daim maraq yüksəkdir. İnsanlar həmn sərmaye, həm də zinət əşyası kimi qızıl alırlar. Qızılın bazarda qiymətinə gəldikdə isə, qlobal tendensiyalara əsasən qızıl bazarlarında qiymətlər müxtəlifdir. İnsanlar həm yerli, həm də xarici qızıllara üstünlük verməsi də müşahidə olunur. Bəs hazırda qızılın bazarda qiyməti necədir? İnsanlar əsasən hansı növ qızıla üstünlük verirlər? SİA bu barədə reportaj hazırlayıb. Məsələ ilə bağlı Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov qeyd edir ki, 2024-cü ildə dünyada qiymətli metallarda xeyli artım müşahidə olunmuşdur. Bu tendensiya 2025-ci ildə də davam edir: “Burada əsasən…

Daha çox

Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Bakıda Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Şimali Makedoniya Prezidenti Zəfər abidəsinin önünə əklil qoydu. Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı…

Daha çox

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. SİA-nın məlumatına görə, ADY-dən bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib. Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 26 əlavə reys, həmin tarixlərdə Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Belə ki, marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq. Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli…

Daha çox

Eldar İbrahimov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, Eldar İbrahimovun martın 12-də 80 yaşı tamam olur.

Daha çox

340 sərnişin silahlı şəxs səbəbindən təxliyyə edilib

Almaniya polisi Kölndən Berlinə gedən qatarda sərnişinləri bıçaqla hədələyən şəxsi saxlayıb. SİA-nın məlumatına görə, bu barədə Bild nəşri hüquq-mühafizə orqanlarına istinadən yazır. Materialda göstərilir ki, Aşağı Saksoniyanın Gifhorn şəhəri yaxınlığında qatar təcili olaraq dayandırılıb. Buna səbəb sərnişinlərdən birinin Əfqanıstan vətəndaşının içəridəki digər insanları bıçaqla hədələməsi olub. Nəticədə qatardan 340 nəfər təxliyə edilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsi nəzarətə götürüb. Məqalə müəllifləri dəqiqləşdirib ki, zərərçəkənlər barədə məlumat daxil olmayıb. Jurnalistlər onu da müəyyən ediblər ki, hadisədən bir qədər əvvəl saxlanılan Əfqanıstan vətəndaşı daha bir münaqişənin iştirakçısına çevrilib. Sonuncu insident…

Daha çox

Azərbaycan-İspaniya biznes forumu keçirilib

Bakıda İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər. Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq strateji səviyyəyə çatıb. Qeyd olunub ki, İspaniya…

Daha çox