“Cənab Prezident İlham Əliyevin Türkiyənin Ankara şəhərinə olan səfərinin məqsədi Türkiyədən Naxçıvana çəkilən qaz kəmərinin açılışı ilə bağlı idi”. Bunu SİA-ya Milli Məcliisn deputatı ELman Məmmədov deyib. O, bildirib ki, orada eyni zamanda bölgəmizə aid olan günün aktual məsələləri, problemləri də daxil oldu: “Çox güman ki, orada Zəngəzur dəhlizi məsələsidə müzakirə olunubdur. Regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Əməkdaşlığın getdikcə yüksək səviyyədə inkişaf etdirilməsi məsələləri müzakirə olunubdur. Yəni biz bir millət iki dövlət olaraq heç bir ayrı düşüncəli fikirlərimiz yoxdur və olmuyacaqdır. Bir-birimizə güvənərək inkişaf edən dövlətlərik. Eyni zamanda da…
Daha çoxDay: March 11, 2025
Çinin ali qanunverici orqanının illik sessiyası başa çatıb
Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyası başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, martın 11-də 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının yekun iclasında hökumətin hesabatı, ölkənin 2025-ci il üçün sosial-iqtisadi inkişaf planı, dövlət büdcəsi təsdiqlənib. Bundan başqa, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinlənilib. Həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının və yerli yığıncaqların deputatları haqqında qanuna dəyişiklik edilib. Qeyd edək ki, təxminən 3 min nümayəndənin iştirak etdiyi 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyası martın 5-də işə başlayıb.…
Daha çoxMinalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib
Vardanyanın məhkəməsində erməniəsilli şahid belə deyib… Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, şahid ifadəsində bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu…
Daha çox“Avropa dövlətlərinin də bu sırada olması üzücüdür”
“Əslində 44 günlük müharibədən sonra Cənubi Qafqaz üçün yeni imkanlar yaranmışdı”. Bunu SİA-ya açıqlamasında politoloq Araz Aslanlı bildirib. Onun sözlərinə görə, tarixin yaxın dövründə ilk dəfədir ki, Cənubi Qafqazda qalıcı sülh əldə etmək imkanı yaranıb: “Cənubi Qafqazın münaqişə bölgəsi yox əməkdaşlıq, inkişaf, rəfa, sülh bölgəsidir. Amma Ermənistandakı revanşist meyillər, bir yandan erməni lobbisinin radikal qanadının aqressiv yanaşması, regionda marağı olan bəzi digər dövlətlərin doğru olmayan mövqeyi buna mane olur. Ermənistanı sülhdən çəkindirməyə guya Azərbaycanın Ermənistan üçün təhlükə yaratdığını iddia etməyə çalışırlar. Ermənistanı silahlandırmağa çalışırlar. Bölgələrdəki kommunikasiya kanallarının açılmağına maneə olmağa…
Daha çoxTəqaüdçü fırıldaqçılar tərəfindən göndərilən kuryeri saxlayıb…
…Moskva yaxınlığındakı Yeqoryevsk şəhərinin yaşlı sakini dələduzluq planını başa düşərək cinayətkarı saxlamağa kömək edib. SİA xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb. Fırıldaqçılar 72 yaşlı kişi ilə telefonla əlaqə saxlayıblar. Zəng edənlər naməlum şəxslərin Rusiya vətəndaşının əmlakını ələ keçirmək istədiyini bildiriblər. Fırıldaqçıların fikrincə, evinizi özünüz satmaqla onu basqınlardan qoruya bilərsiniz. Satışdan əldə edilən gəlirin etibarlı hesaba yerləşdirilməsini ciddi şəkildə tövsiyə ediblər, pulun kuryerə verilməsini tapşırıblar. Təqaüdçü isə zamanla mənzil fırıldaqçılarının hədəfinə çevrildiyini anlayıb və polisə müraciət edib. Messencerlə görüş hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altında…
Daha çox“Ukraynanın bölüşdürülməsinin şahidi olacağıq”
“Amerika prezidenti Donalt Trampla Rusiya prezidenti Vladimir Putinin gözlənilən görüşü, əlbəttə ki , Rusiya və Ukrayna arasında davam edən müharibənin sülh yolu ilə həll olunması üçün müəyyən töhvələr verə bilər”. Bu sözləri siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, biz burada sülh yolu ilə həll dedikdə, tərəflərin hər ikisinin maraqlarına uyğun olan sülh müqaviləsindən danışa bilmərik: “Təbii ki, əgər sülh olacaqsa, burada daha çox güzəştlərə getmək məcburiyyətində qalan və böyük itkilərə məruz qalan Ukrayna olacaqdır. Çünki biz son dövrlərdə ABŞ-ın konkret və qəti mövqeyini çox yaxşı görürük. Başda Tramp…
Daha çoxTramp bəzi Kanada mallarına rüsumları 50 faizə qaldırdı
ABŞ Prezidenti Donald Tramp, Kanadanın Ontario əyalətinin ABŞ-a tətbiq etdiyi 25 faiz elektrik vergisinə cavab olaraq, çərşənbə axşamı günü Kanadaya qarşı yeni tariflər elan edib. SİA-nın məlumatına görə, o, bu barədə TruthSocial-da yazdığı qeyddə yazıb. Trump, Ontario əyalətinin ABŞ-a daxil olan elektrik enerjisinə 25 faiz tarif tətbiq etməsindən sonra Kanadadan ABŞ-a daxil olan bütün polad və alüminiuma əlavə 25 faiz rüsum əlavə etmək üçün ticarət katibinə göstəriş verdiyini söyləyib. Onun sözlərinə görə, bu tarif martın 12-dən qüvvəyə minəcək. …Mən tezliklə təhlükə altında olan ərazidə elektrik enerjisi sənayesində fövqəladə vəziyyət elan…
Daha çoxErməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər…
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 11-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. İclasın əvvəlində hakim Zeynal Ağayev bu…
Daha çoxQafarova və Kobaxidze Bakı və Tbilisi arasında strateji tərəfdaşlığı müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığı və birgə regional layihələri müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Onlar iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin bu ilin yanvar ayında keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub. Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinə dəstək məsələlərini müzakirə ediblər. Cənubi Qafqaz regionunda sülh və sabitliyin önəmi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan bundan sonra da regionda sülh və inkişafın təmin olunmasına töhfə…
Daha çoxTuristlər Ermənistan dağlarında güclü qar uçqunu altında qalıblar
Ermənistanın Araqats dağında 9 turist güclü qar uçqunu altında qalıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəsmi saytında məlumat verilir. Uçqun siqnalı yerli vaxtla saat 15:26-da daxil olub. 8 nəfərin özbaşına çıxdığı, 1 nəfərin itkin düşdüyü qeyd edilir. Hadisə yerinə xilasedicilər göndərilib, axtarışlarda iki helikopter iştirak edib. Bundan əvvəl britaniyalı turist ekskursiya zamanı İtaliya dağlarında ilişib qalıblar. Qadın dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Verbaniya kommunasında qarlı silsilədə olub. Onun helikopterlə xilas edilməsi videoya çəkilib. Nazlı Almuradova
Daha çox