Görüşün regiona verdiyi gözləntilər nədən ibarətdir? – POLİTOLOQ RƏYLƏRİ
Daha çoxDay: March 11, 2025
Rusiyada elektrikli avtomobil satışı…“ölüb”..?
…Rusiyada fevralda cəmi 617 yeni elektrik avtomobili satılıb ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə üç dəfə azdır. SİA-nın məlumatına görə, bu barədə “Kommersant” “Avtostat”a istinadən xəbər verir. Ümumilikdə, 2025-ci ilin ilk iki ayında Rusiya Federasiyasında 1,27 min elektrik avtomobili satılıb ki, bu da bir il əvvəlki nəticədən 63 faiz azdır. Qeyd edək ki, qeyd olunan dövrdə bütün avtomobil bazarı 9,3 faiz azalaraq 167,11 min ədəd olub. “Avtostat”ın baş direktoru Sergey Tselikovun sözlərinə görə, elektrik avtomobilləri Rusiyada kök salmır – onlar yalnız şəhər ətrafında səyahət üçün alınır, uzaq…
Daha çoxDaha 131 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. İclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından…
Daha çoxZelenskiyə təsəlli üçün təşkil edilən “MƏKTƏB SAMMİTİ”
Trampın Avropa İttifaqını yeni hərbi blok yaratmağa sövq etdiyi barədə yazılara son günlər Avropanın bir çox mətbuat səhifələrinin manşetlərində rast gəlindi. Londonda keçirilən görüşün isə çox “bəzədilmiş” şəkildə təqdim edilməsi daha diqqət çəkən oldu. Bu görüşü qəribəliyi ilə fərqləndirənlər az olmadı və iki liderin ümumiyyətlə, küncdə oturması xüsusi ironiya ilə təqdim edildi. Görüşün məhz dövlət başçıları deyil, kənd toplantısının iştirakçılarının “birgə yığışması” kimi göstərilməsi bənzətmələr içərisində ən maraqlısı sayıla bilər. Bütün bunlarla yanaşı, Aİ liderlərinin Zelenskini Trampdan üzr istəməyə məcbur etdikləri barədə də fikirlər var və həmçinin qeyd olunur ki,…
Daha çoxXocalıda Yel çərşənbəsinin tonqalı qalanıb
İşğaldan azad olunan Xocalı şəhərində, Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kənddə qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıblar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub. Xocalı sakinləri çərşənbə tonqalını alovlandırıb, yallı və şən musiqinin sədaları altında rəqs ediblər. Qeyd edək ki, Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə…
Daha çoxAzərbaycan-Şimali Makedoniya münasibətləri inkişaf mərhələsində…
Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-ci illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin…
Daha çox“Məqsədimizə doğru irəliləyirik”
Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə danışıqların gedişi ilə bağlı ilk bəyanatını verib …Bu gün, martın 11-də Ciddə şəhərində (Səudiyyə Ərəbistanı), Ritz-Carlton otelində Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü keçirilir. SİA-nın məlumatına görə, CNN yazır ki, fasilə zamanı ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilk açıqlamasını verib. O, jurnalistlərin danışıqların necə getdiyi ilə bağlı suallarını cavablandıraraq, “Məqsədimizə doğru irəliləyirik” deyib. Daha sonra ABŞ dövlət katibi Marko Rubio və Vals liftə daxil olublar. Artıq dörd saatdır davam edən iclasda fasilə zamanı jurnalistlər Amerika komandasına yalnız bir sual verə…
Daha çoxQərbi Azərbaycan İcması bəyanat yayıb…
Ermənistanın və onun havadarlarının cinayətlərə haqq qazandıran cəhdlərini sərt şəkildə qınayırıq Məlum olduğu kimi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən bir qrup şəxs hazırda Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıblar. Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar müharibə zamanı törədilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, yüz minlərlə soydaşımız etnik təmizləməyə məruz qalıb, minlərlə azərbaycanlıya işgəncə verilib, məcburi itkin düşüb, ictimai və şəxsi mülkiyyətə böyük məbləğdə zərər vurulub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.…
Daha çoxTramp Ukrayna ilə bağlı gözlənilməz dəstək aldı…
ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi və onun sonu ilə bağlı siyasəti düzgündür. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib. …Ukraynadakı vəziyyətlə bağlı mən prezident Trampın tərəfini tuturam. Onun səyləri sülh danışıqlarında sıçrayışa gətirib çıxarıb. Bunu hərbi blokun rəhbəri qeyd edib. Rutte vurğulayıb ki, ABŞ-ın hərəkətləri “Ukrayna xalqının ehtiyacı olan” sülh razılaşmasına gətirib çıxara bilər. Qeyd edək ki, ötən il noyabrın 12-də Rutte Ukraynada münaqişənin davam etdirilməsinin və Kiyevə hərbi yardımın göstərilməsinin tərəfdarı olduğunu desə də, Tramp dövlət başçısı vəzifəsinə gəldikdən sonra…
Daha çoxMəktəblilərə atəş açan şəxs saxlanılıb…
Məhkəmə Moskvanın qərbində məktəblilərə tapançadan atəş açan şəxs barəsində həbs qətimkan tədbiri seçib. SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin paytaxt qərargahı bildirib. Bundan əvvəl İstintaq Komitəsi moskvalıya qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci (“Xuliqanlıq”) ilə ittiham irəli sürüb. Dindirilmə zamanı o, təqsirini qismən etiraf edib. İlkin məlumata görə, hər şey bazar günü, martın 9-da baş verib. Yeniyetmələr Moskvanın Solntsevo rayonunda itlərini gəzdirdikdən sonra evə qayıdarkən bir nəfər onlara hücum edib və başlarını nişan alaraq 7 atəş açıb. Məktəblilər girişə qaçaraq gizlənə biliblər. Atəş açan şəxs saxlanılıb.…
Daha çox