“Daha sağlam versiyalar hazırlamaq mümkündür”

“Novruz mədəniyyətimizdə mühüm yer tutan əsas bayramdır və süfrəsi şirniyyatlarla zəngindir. Şəkərbura və paxlava bu süfrənin əvəzsiz şirniyyatlarındandır. Şəkərbura adətən xəmir (un, yağ, yumurta) və içlik (qoz, şəkər, ədviyyat) ilə hazırlanır. Paxlava isə nazik xəmir qatları, bol yağ, şəkər şərbəti və fındıq-qozla zənginləşdirilir. Bu şirniyyatlar enerji baxımından yüksək kalorili olur. Şəkərburanın 100 qramı təxminən 400-450 kkal, paxlavanın isə 500-600 kkal təşkil edə bilir. Bunun səbəbi yüksək miqdarda doymuş yağlar (kərə yağı), sadə karbohidratlar (şəkər, ağ un) və minimal lif tərkibidir. Müasir sağlam qidalanma prinsiplərinə görə bu cür qidalar həddindən artıq…

Daha çox

X sosial şəbəkəsinə əslində kimin hücum etdiyi məlum olub

…amma Maskın danışdıqları bunlar deyil..? …Məlum olduğu kimi, dünən günün ortasında X sosial şəbəkəsinin bir çox istifadəçisi avtorizasiya, mesaj göndərmək və xəbər lentini yeniləməklə bağlı problemlərlə üzləşib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, əvvəlcə İlon Mask hücumun arxasında hansısa dövlət və ya böyük təşkilatın dayandığını bildirsə də, axşam Amerika telekanalına müsahibəsində bütün yolların guya Ukraynaya apardığını bildirib. Mask bu qənaətə gəlib, çünki bütün İP ünvanlar Ukraynaya məxsus olub? …Amma, lakin həmin gün kiberhücuma görə məsuliyyəti “Dark Storm Team” haker qrupu öz üzərinə götürüb. …Mütəxəssislər…

Daha çox

Bəylər niyə hədiyyə seçimində çətinlik çəkirlər?

Yazıçı–kulturoloq Aydın Xan Əbilovun SİA–ya müsahibəsini təqdim edirik: – 8 Mart Beynəlxalq Qadınlar Günündə biz həmişə qadınlara hədiyyə veririk. Niyə kişilərə də hədiyyə verilməsin? Belə bir ideya, təklif varmı? – 8 Martı bayram kimi qeyd etmək düzgün deyil. Çünki ona qalsa, Sevgililər Günü də iki nəfərin ölümü ilə bağlı hadisədir. Bayramların əksəriyyətinin arxasında hansısa faciəvi hadisə dayanır. Zəfər bayramını qeyd edirik, bizim üçün çox əlamətdar hadisədir. Amma onun arxasında 3 minə yaxın şəhidimiz, daha geniş mənada isə 20 minə yaxın qurbanımız var. Bu baxımdan fikirləşirəm ki, bayramdır və bayram etmək…

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 11-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:20-də “CoinMarketCap” platformasında 2.84% ucuzlaşaraq 80 155 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.02% azalaraq 1 902 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.39%, BNB isə 4.24% ucuzlaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

Tarix və mədəniyyət həvəskarları üçün ən yaxşı səyahət destinasiyası Qaziantep

Qədim tarixi, zəngin mədəniyyəti və dillərə dastan mətbəxi ilə Qaziantep, turistlər üçün unudulmaz bir təcrübə vəd edir. SİA xəbər verir ki, minilliklər boyunca müxtəlif sivilizasiyaların izlərini daşıyan bu şəhər, həm tarix sevərləri, həm də ləzzət axtaranları valeh edəcək məkanlarla doludur. Əgər siz tarixi abidələrlə tanış olmaq, canlı bazarlarda yerli sənətkarlığın incəliklərini kəşf etmək və ənənəvi Antep mətbəxinin dadına baxmaq istəyirsinizsə, Qaziantep sizin üçün mükəmməl bir seçimdir. Gəlin, Qaziantepin füsunkar tarixi yerlərini, görməli məkanlarını və ləzzət dolu kəşflərini birlikdə kəşf edək! Zeugma Mozaika Muzeyi – Qaziantep Zeugma Mozaika Muzeyi sənət tarixçilərinin,…

Daha çox

“Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub

Novruz bayramı ilə əlaqədar olaraq martın 8-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” Novruz yarmarkası təşkil edib. 8 Mart – Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlayan yarmarka paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında açılıb. Uşaqların əylənməsi üçün yarmarkada xüsusi guşə də yaradılıb. On iki gün davam edəcək yarmarkada ümumilikdə 20-dən çox regiondan fermerlər iştirak edirlər. Burada 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Gündəlik keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa…

Daha çox

Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır

Azərbaycan və Qazaxıstan bu gün Astanada Xarici İşlər Nazirliklərinin (XİN) nümayəndə heyətlərinin görüşü çərçivəsində gündəlikdəki bir çox aktual məsələləri müzakirə etmək niyyətindədirlər. SİA-nın məlumatına görə, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə danışıqların başlanmasından əvvəl bildirib. “Bizim hər birimiz üçün Qazaxıstanda olmaq böyük sevinc hissidir. Mən ölkənizə kifayət qədər tez-tez gəlirəm. Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır”, – C.Bayramov bildirib. Nazir, həmçinin həmkarlarını və bütün Qazaxıstan xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib. Öz növbəsində Qazaxıstanın XİN başçısı Murat Nurtleu azərbaycanlı…

Daha çox