ABŞ NATO-dan çıxsa nə baş verər?

“ABŞ NATO-dan çıxsa Avropa təhlükəsizliyinin təminatçısı kimi çıxış edəcək birini tapmaq olduqca çətin olacaq. Fransa və İngiltərə Avropanın lideri olmaq həvəsindədirlər, lakin “qoca qitə”də güc və siyasi nüfuza malik deyillər. Almaniyanın isə nə istəyi, nə də gücü var”. Çinin “Guancha” nəşrinin yazdığı məqalədə belə qeyd olunur. NATO-nun dağılacağı ilə bağlı ilk anons bu yaxınlarda Brüsseldə keçirilən İttifaq ölkələrinin sammitində verildi. ABŞ prezidenti Donald Trampın ABŞ-ın NATO-dan çıxacağını birbaşa demədiyini vurğulamaq yerinə düşər. Lakin Pentaqonun yeni rəhbəri Pete Heqsetin Avropa alyansındakı həmkarlarına dedikləri onların başlarına tökülən buzlu sudan daha canlandırıcı idi.…

Daha çox

Sahra Vaqenknext İttifaqı məhkəməyə müraciət edib

…parlament seçkilərində səslərin yenidən sayılması üçün Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərində 5 faizlik baryeri keçə bilmədiyi üçün parlamentdə yer almayan Sahra Vaqenknext İttifaqı (BSW) səsvermənin nəticələrinin şübhəli olması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, partiya seçkilərdə 4,972 faiz səs topladığını, lakin bəzi səslərin səhvən digər partiyalara yazıldığını və ya etibarsız sayıldığını iddia edir. BSW seçicilərin iradəsinə hörmət göstərilməli olduğunu və mümkün səhvlərin düzəldilməsi üçün rəsmi yekun nəticənin elan edilməsindən əvvəl ümummilli səviyyədə yenidən sayımın aparılmasının vacibliyini bildirib. Partiya,…

Daha çox

Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martin 11-də əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. SİA xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Eyni zamanda Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz…

Daha çox

Nüvə tullantılarının enerji mənbəyi olduğu aşkar edilib…

…Ohayo Dövlət Universitetinin (ABŞ) mütəxəssisləri elektronikanı idarə etmək üçün nüvə tullantılarından enerji əldə etməyi təklif ediblər. SİA-nın məlumatına görə, araşdırmanın nəticələri Optical Materials Express jurnalında dərc olunub. Parıldayan kristallardan və günəş batareyalarından istifadə edərək, fiziklər nüvə tullantılarından enerji udurlar. Onlar mikroelektronikanı gücləndirmək üçün enerji əldə edə biliblər. Təşkilat həmçinin nüvə tullantılarının utilizasiyasının yeni yolunu tapdığını da bəyan edib. Alimlər 4 kub santimetrlik akkumulyator hazırlayıb və iki müxtəlif radioaktiv mənbədən – sezium-137 və kobalt-60-dan istifadə ediblər. Nəticələr göstərib ki, sezium-137 elementindən istifadə zamanı akkumulyator 288 nanovat, kobalt-60 isə 1,5 mikrovat istehsal…

Daha çox

Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycanda səfərdə olan “İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi”nin rəhbərliyinin nümayəndəsi, Ağsaqqal Cak Cerard QMİ sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bildirilib. O qeyd edib ki, A.Paşazadəni bu ilin payızında kilsənin ənənəvi ümumi yığıncağında fəxri qonaq qismində görmək arzusundadır və bununla bağlı QMİ sədrinə müvafiq dəvət məktubu ünvanlayacaq. A.Paşazadə amerikalı qonaqları kilsənin Azərbaycanda qeydiyyatdan keçməsi, Azərbaycanın dinlərarası ailəsinə qoşulması münasibətilə təbrik edib. Tərəflər qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq ikitərəfli əməkdaşlığın yeni perspektivlərini…

Daha çox

Dünyanın ərzaq tədarükü təhlükə altındadır…

…Bu gün torpaqda və suda yığılan mikroplastiklər qida istehsalına təsir göstərir. SİA-nın məlumatına görə, “The Guardian” xəbər verir ki, PNAS-da dərc edilən yeni araşdırma nəticəsində məlum olub ki, plastik çirklənmə bitkilərin fotosintez qabiliyyətini azaldır, bu isə gələcəkdə əhəmiyyətli məhsul itkilərinə və aclığı daha da artıra bilər. Alimlərin hesablamalarına görə, hazırda buğda, düyü və qarğıdalı itkilərinin 4-14 faizi mikroplastiklərin payına düşür. Əgər çirklənmə indiki templərlə davam edərsə, 2040-cı ilə qədər qida çatışmazlığından əziyyət çəkən insanların sayı 400 milyon arta bilər. Əsərin müəlliflərinin fikrincə, bu, qlobal ərzaq təhlükəsizliyi üçün “narahatedici siqnaldır”. …Mikroplastiklər…

Daha çox

“Heydər Əliyev Fondu öz əməlləri ilə bütün dünyaya isbat etdi”

“Heydər Əliyev Fondu məlum olduğu kimi yarandığı gündən etibarən öz fəaliyyətini həm ölkədə, həm də dünyada Azərbaycan xalqının ümummilli lideri, böyük oğlu Heydər Əliyevin ölməz irsinin yaşadılması və tanıdılması, eyni zamanda bu irsə layiq dünayda və ölkədə layihələrin həyata keçirilməsi istiqamətində çox böyük işlər görüb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə,yarandığı gündən bəri keçən illər ərzində Heydər Əliyev Fondu humanizmin, insanpərvərliyin, mərhəmətin bir ocaqına, bir simvoluna çevrilib: “Heydər Əliyev Fondunun rəhbəri, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bir başa rəhbərliyi ilə, eyni zamanda himayəsi…

Daha çox

Frankfurt fentanil epidemiyası təhlükəsi ilə üz-üzədir…

…Fəlakətin qarşısını almaq üçün Frankfurt administrasiyası iyun ayında beynəlxalq konfrans keçirməyi planlaşdıraraq, hakimiyyət digər ölkələrin ekspertləri ilə bu ölümcül təhlükə ilə mübarizə yollarını müzakirə etmək niyyətindədir. SİA-nın məlumatına görə, Almaniyanın Frankfurt-na-Main şəhərinin səlahiyyətliləri təhlükəli fentanil dərmanının yayılmasından dərin narahatdırlar. Bild xəbər verir ki, şəhər opioid epidemiyası təhlükəsi ilə üz-üzədir. Yoxlamalardan sonra məlum olub ki, Frankfurtdakı narkomanların yarıdan çoxu artıq bu dərmandan istifadə edir. Müsadirə edilən 37 narkotik nümunəsindən 21-də fentanil aşkar edilib. …ABŞ-ın bəzi şəhərlərində olduğu kimi, Frankfurtda da hər yeddi dəqiqədən bir birinin həddindən artıq dozadan öldüyü fentanil böhranına…

Daha çox

Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə görüşüb

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Macarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Kontsla görüşüb. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən sosial sahədə əməkdaşlığın inkişafı vurğulanıb. Bahar Muradova Azərbaycanın öz köklərinə bağlı olduğunu, milli kimlik və ailə məsələlərinə önəm verdiyini bildirib. Komitə sədri Azərbaycanın 5 il əvvəl torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdiyini vurğulayaraq, yeni müstəvidə başlayan inkişafın məhz milli dəyərlərlə müasirliyin sintezi istiqamətində aparıldığını əlavə…

Daha çox