Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SIA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Şimali Makedoniya Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox

Kursk vilayətində Ukrayna qüvvələri üçün təhlükə yoxdur

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bəyan edib ki, hazırda Kursk vilayətində Ukrayna bölmələrinin mühasirəyə alınması təhlükəsi yoxdur. Baş Qərargahın yaydığı məlumatda bildirilir ki, hərbi komandir hazırda Kursk qüvvələri qrupunun əməliyyat zonasında işləyir. Sırskinin sözlərinə görə, Sumı vilayətinin Rusiya Federasiyasının Kursk vilayəti ilə sərhədində vəziyyət Müdafiə Qüvvələrinin nəzarətindədir. …Sərhəd xətti boyunca adları rus təbliğatçılarının hesabatlarında qeyd olunan bir sıra yaşayış məntəqələri artıq faktiki olaraq yoxdur – onlar işğalçının atəş gücü ilə dağıdılıb. SİA-nın məlumatına görə, bunu Ali Baş Komandan vurğulayıb. …Rusların Şimali Koreya piyadaları ilə gücləndirilmiş xeyli sayda…

Daha çox

Makron Rusiya haqqında yalan danışmaqda ittiham olunur

Fransa prezidenti Emmanuel Makron diqqəti ölkənin daxili problemlərindən yayındırmaq üçün Rusiya təhlükəsi barədə yalan danışır, “Aris, France” partiyasının lideri Nikola Dupon-Aignan deyib. SİA-nın məlumatına görə, bu barədə “France Info” yazır. Fransa lideri martın 5-də xalqa Rusiyanın “Fransa və Avropa üçün təhlükəyə” çevrildiyini deyib və Fransanın nüvə silahından bütün Avropa İttifaqını müdafiə etmək üçün istifadə edilməsini müzakirə etməyə çağırıb. …Avropa İttifaqı üçün Rusiya təhlükəsi yoxdur. Bu, fransızları qorxutmaq, ictimai rəyi manipulyasiya etmək və ölkəmizi daha da borca ​​batmaq üçün respublika prezidentinin uydurduğu cəfəngiyyatdır, – deyə siyasətçi vurğulayıb. Dupon-Aignan deyib ki, Makron…

Daha çox

Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rəsmi səfər çərçivəsində martın 11-də nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Daha çox

Əsəd tərəfdarlarına qarşı əməliyyat başa çatıb…

Amma sahil bölgələrində vəziyyət gərgin olaraq qalır Suriyanın devrilmiş rəhbəri Bəşər Əsədin tərəfdarlarına qarşı hərbi əməliyyatı başa çatıb, ölkənin müdafiə nazirliyi bazar ertəsi sahilyanı ərazilərdə günlərlə davam edən şiddətli döyüşlərdən sonra bildirib. Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qani deyib ki, hökumət qurumları əməliyyatları bərpa edə bilər və təhlükəsizlik qüvvələri keçmiş rejimin qalıqlarından gələn təhdidləri aradan qaldırmağa davam edəcək. SİA-nın məlumatına görə, bunu Reuters xəbər verir. …Biz həyatı normal vəziyyətə qaytarmaq, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün yol açırıq. Suriya lideri Əhməd əl-Şaraa daha əvvəl toqquşmalara görə məsuliyyət…

Daha çox

“Bitget” Bakıda ilk mətbuat konfransını keçirib

Martın 6-da dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Bitget” şirkəti Azərbaycanda yerli media nümayəndələri və tanınmış ictimai xadimlərin iştirakı ilə ilk mətbuat konfransını keçirib. Tədbirdə regionda kriptovalyuta bazarının inkişafı, kriptovalyuta istifadəsinin perspektivləri və blokçeyn texnologiyalarının gündəlik həyatda tətbiqi mövzuları müzakirə olunub. “Bitget”in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadə şirkət fəaliyyətində qazandığı təcrübələrini bölüşərək, “Bitget”in inkişaf planını və xidmətini təqdim edib. “Bu gün “Bitget” dünyanın ilk beş kriptovalyuta birjasından biri kimi Azərbaycan bazarına genişlənməyi planlaşdırır. Biz həm pərakəndə, həm də institusional istifadəçilər üçün yüksəkkeyfiyyətli və təhlükəsiz xidmətlər təqdim edərək, biznesimizi…

Daha çox

Milli Məclisin sədri Tbilisidə gürcüstanlı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da bu ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. SİA-nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Şalva Papuaşvili bu səfərin Gürcüstanda keçirilən parlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunverici orqanın rəhbəri səviyyəsində ilk rəsmi səfər olduğunu bildirib. O, bunu ölkələrimiz arasında yüksək səviyyəli dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib. Ş.Papuaşvili Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq deyib ki, intensiv səfərlər və sıx qarşılıqlı təmaslar münasibətlərin daha da genişlənməsini şərtləndirib. O, ölkəmizin Gürcüstana verdiyi dəstəyə görə…

Daha çox

Trampın Çinə səfər planları üzə çıxıb

Trampın Çinə səfər planları üzə çıxıb Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti bu ilin aprelində Çinə səfər edib Çin Prezidenti Si Tsinpinlə görüşə bilər. SİA-nın məlumatına görə, bu barədə diplomatik mənbələrə istinadən South China Morning Post qəzeti yazıb. Nəşrin mənbələri bildiriblər ki, hər iki siyasətçi “baş verənləri diplomatik triumf kimi təqdim etmək” üçün ev sahibi kimi çıxış etmək istəyir. Bununla belə, ilkin müzakirələr Donald Trampın Çinə səfərinə aiddir. Bunu media yazır. Bundan əvvəl Bloomberg agentliyi Pekinin öz ərzaq məhsullarından ABŞ-a qarşı silah kimi istifadə etməyə başladığını bildirmişdi. …Çinin Amerika kənd təsərrüfatı…

Daha çox

“Birbank”ın “PO Growth” proqramına başlanılıb

“Birbank”ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verilib. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq. “PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və…

Daha çox

Siyasi birlik – gücümüzə güc qatan yeni konfiqurasiya

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi islahatları Ulu Öndər Heydər Əliyevin cəmiyyətin birliyinin təmin edilməsi uğrunda atdığı addımların məntiqi davamı adlandırmaq olar. Ölkəmizin daim yeniləşən, müasirləşən siyasi həyatında partiyaların təşəbbüslərlə, yeni təkliflərlə çıxış etməsini də dövlətimizin sağlam siyasi mühiti formalaşdırmaq istəyindən irəli gəldiyini deyə bilərik. Siyasi sistemin komponentləri arasında dialoq, anlaşma, ümumi məsələlərdə birgə fəaliyyət çox önəmlidir. Əlbəttə bunlar olmadan cəmiyyətdə birliyini təmin etmək mümkün olmaz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkə daxilində sabitliyin, sağlam siyasi mühitin yaradılmasında məqsədi cəmiyyətdə birliyi, partiyalar arasında anlaşmanı təmin etməkdir.…

Daha çox