Naxçıvan üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq


Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobus alınacaq və enerjidoldurma cihazları quraşdırılaca.q

Bu məqsədlə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əlaqəli Xəbərlər