İnquşetiyada 14 yaşlı yeniyetmə xizək sürərkən ölüb, müstəntiqlər araşdırmaya başlayıb.
SİA-nın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Faciə Nijnie Açaluki kənd yaşayış məntəqəsində baş verib. Yeniyetmə dağ yamacından enərkən dəmir-beton işıq dirəyinə çırpılıb. Oğlan başından xəsarət alıb və nəticədə dünyasını dəyişib.
…2025-ci il yanvarın əvvəlində Penza vilayətində bir yeniyetmə boru üzərində təpədən aşağı sürüşərək ölüb. Oğlanın ölümündən sonra cinayət işi açılıb.
… Daha sonra 20 yaşlı Kazan sakini avtomobilə bərkidilmiş boruya minərkən dünyasını dəyişib. O, təpədən aşağı sürüşərək hasar dirəyinə çırpılıb və aldığı xəsarətlərdən ölüb.
Nazlı Almuradova