“Qusarda Dövlət Təhlükəsizliyi Xidməti və müvafiq mühafizə orqanlarının keçirdiyi əməliyyat, təbii ki, çox vacib tədbirlərdən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bu, ölkənin təhlükəsizliyinin qorunması istiqamətində müvafiq qurumlarımızın nə qədər həssas davrandığını göstərir: “Ona görə də atılan addımları hər halda ölkənin bu şərtlərdə daha çox gələn təhlükələrin vaxtında önlənməsi baxımından vacib sayıram. Bu, həm də onu göstərdi ki, indiki mərhələdə sərhədlərin bağlı olması bizi bir çox təhlükələrdən qoruyur. Hesab edirəm ki, bəzən bu arqumenti qəbul etməyən insanlar da başa düşməlidirlər ki, birinci növbədə…
Daha çoxDay: February 4, 2025
Rusiya XİN-dən Ukrayna ilə bağlı AÇIQLAMA
“Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər”. SİA xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib. O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır. “Rusiya tərəfi real təkliflərə açıq və ciddi söhbətə hazırdır. Dəfələrlə qeyd edildiyi kimi, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının…
Daha çoxAzərbaycan turizm imkanlarını Hindistanda nümayiş etdirir
Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 2025”də iştirak edir. SİA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirib ki, tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birlikdə, 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur. Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilir. Sərgi çərçivəsində keçirilən “Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan…
Daha çoxPərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edəcək
Fevralın 28-də energetika naziri Pərviz Şahbazov Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Saatlı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4900, Saatlı şəhəri, Heydər Əliyev meydanı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]), Şirvan…
Daha çox“Özümüzəməxsus unikal məhsullarla daha çox tanına bilərik”
“Bu gün statistikaya baxsaq hər hansı ölkəyə gedən turist mərkəzdə daha çox vaxt keçirir. Bu İstanbul, Dubay, Paris, hətta Bakıda da belədir. Çünki insanlar daha çox mərkəzdə görməli və gəzməli yerlərdə olmaq istəyirlər. Amma işin digər tərəfi ondan ibarətdir ki, gələn turistlərin əksəriyyəti 3 gecə 4 günlük gəlir. Onlar birinci gəldikləri gün yorğun olurlar, hava limanından otelə transfer olunur. İkinci gün Bakı şəhər turu, üçüncü gün Bakı ətrafı, Qobustan, palçıq vulkanları, yanar dağ, qala dövlət qoruğu, atəşgah məbədi gəzilir. Nəticədə 3 gün bitir, dördüncü gün isə qonaq biraz shopping edərək…
Daha çox“Tramp bu məsələni boş buraxan deyil”
“Mən deməzdim ki, tam şəkildə bu qərar veriləcək ki, USAİD bağlansın”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib. Onun sözlərinə görə, söhbət USAİD-in dövlət departamentinin nəzarətinə verilməsindən və büdcəsinin xeyli ixtisar olunmasından gedir: “Ümumiyyətlə, audit aparılmalıdır ki, o pullar necə, nəyə xərclənib və onun ABŞ üçün hansı faydası olub? Bildiyiniz kimi, İlon Mask Trampın tapşırığı ilə hökumətin effektivliyini araşdıran bir qurumun rəhbəridir. O, USAİD ilə bağlı sorğu göndərdi ki, bu necə olub? Onlar isə İlon Maska məlumat verməkdən boyun qaçırdılar. Onda həmin şəxslər USAİD-ə rəhbərlik edirdilər ki, onlar işdən…
Daha çoxTramp və Si Cinpin 48 saat ərzində telefon danışığı aparacaq
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin yaxın iki gün ərzində telefon danışığı aparacaq. SİA xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Levitt bildirib. Onun sözlərinə görə, tərəflər ABŞ-a fentanilin qanunsuz tədarükü və digər məsələləri müzakirə edəcəklər. Ötən ay Si Cinpin deyib ki, Çin və ABŞ tərəfdaş və dost ola bilərlər. Dövlət katibi Marko Rubio daha əvvəl demişdi ki, ABŞ və Çin 21-ci əsrdə dünyanın gələcəyini birlikdə formalaşdıracaq.
Daha çoxTürkiyə turist sayına görə rekord qırdı
2024-cü ildə 62,2 milyon turist qəbul edərək 61,1 milyard dollar gəlir əldə edən Türkiyə turizmdə öz rekordlarını qırıb. SİA xəbər verir ki, Türkiyə, 2024-cü ildə ziyarətçi sayında illik 9,8% artım əldə edərək 62.269.890 turistə ev sahibliyi edib. Bu rəqəm, pandemiyadan əvvəlki il olan 2019-cu illə müqayisədə 20,3%-lik artımı ifadə edir. Bununla da Türkiyə 2024-cü ilin əvvəlində elan etdiyi 60 milyon və ötən oktyabrda yenilədiyi 61 milyon turist hədəflərini də geridə qoyub . Bundan əlavə, Türkiyə turizmdən 61,1 milyard ABŞ dolları gəlir əldə edərək ötən illə müqayisədə 8,3% daha çox gəlir…
Daha çoxQuş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır
Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün həmin xəstəlik üzrə riskli coğrafi regionda yerləşir. Ona görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Agentliyin…
Daha çox“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Mərkəzi Bankdan SİA-ya bildirilib ki, agentlik sahə riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib. S&P analitiklərinin fikrincə, bu müsbət tendensiya ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək. 2025-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub ki, bu da 2024-cü ilin eyni…
Daha çox