Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır. SİA SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti…
Daha çoxDay: January 30, 2025
Analıq təşvişi və daxili uşaq
“Uşaqlıq dövründə travma yaşayan qadınlar, uşaqları hər şeydən, hətta özlərindən belə qorumağa çalışırlar. Uşaq yaşlarından valideynlərindən ayrılan analar, övladlarına həddindən artıq diqqət ayırır, uşağı incidəcək şəkildə ondan asılı olur və birlikdə yatırlar. Uşaq bağçasını sevməyən qadınlar, uşaqlar onlardan xahiş etsələr də, uşaqlarını ora göndərməkdən imtina edirlər. Bir şeydən qorxan qadınlar özlərini deyil, övladlarını bundan qorumağa çalışırlar”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun sözlərinə görə, bu yaxınlarda pasiyentlərdən biri boynundakı ağrılardan şikayətləndi. Ümumiyyətlə, boyun ağrısı nəzarətin artması ilə əlaqələndirilir. Söhbət əsnasında…
Daha çoxGənclər Fondu auditor seçib
Gənclər Fondu 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Tax Audit” MMC-dir. Qalib şirkətə 3 965 manat ödəniləcək. Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 10 450 manat ödənilib. Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib.
Daha çoxMilli Depozit Mərkəzi sığortaçı seçir
Milli Depozit Mərkəzi (MDM) avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 10 manatdır. İddiaçılar təkliflərini fevralın 21-nə qədər MDM-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2 A ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 21-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Yanvarın 30-da Amerika fond bazarlarında eniş davam edib. SİA-nın məlumatına görə, Dow Jones indeksi 0.31% – 44,713.52 bəndədək, S&P 500 indeksi 0.47% – 6,039.31 bəndədək, Nasdaq indeksi isə 0.51% – 19,632.32 bəndədək azalıb. Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 0.28% – 8,557.81 bəndədək və Almaniyanın DAX indeksi 0.97% – 21,637.53 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.32% – 7,872.48 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.03% azalaraq 1.0418 dollar təşkil edib.
Daha çoxNyu-York birjasında təbii qaz ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,16% artaraq 3,17 ABŞ dolları təşkil edib.
Daha çoxNeftin ucuzlaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,25% azalaraq 1 barelə görə 75,42 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,12% azalaraq 1 barelə görə 72,53 ABŞ dollarına bərabər olub.
Daha çoxHüseyn toyunun bu şəhərdə olacağını AÇIQLADI
Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov toyunun harada olacağını açıqlayıb. SİA xəbər verir ki, bu barədə bloger izləyicilərinin suallarını cavablandırarkən bildirib. O, “Toy nə vaxtdır” sualına “Nə vaxt olacağını bilmirəm. Amma harada olacağını bilirəm. Qroznıda…”.
Daha çoxBakının bir sıra yollarında tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Zərifə Əliyeva küçəsində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxMəşhur rusiyalı blogger ikinci dəfə ana olacaq
Rusiyalı aparıcı və tanınmış bloger İda Qaliç ikinci dəfə hamilə olduğunu açıqlayıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, Qaliç, Oleqlə bu hamiləliyi planlaşdırdıqlarını və həqiqətən də bunu səbirsizliklə gözlədiklərini bildirib. Aqressiv xasiyyəti ilə bilinən blogger bundan sonra daha az əsəbi olacağına və istənilən vəziyyətdə sakit qalacağına söz verib.
Daha çox