Astana səmasında təyyarə quş sürüsü ilə toqquşub

…“FlyArystan” təyyarəsi quş sürüsü ilə toqquşaraq Astanada eniş edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, TASS bu barədə “Air Astana”nın (FlyArystan-ın ana şirkəti) bəyanatına istinadən məlumat yayıb. …Uralsk-Astana marşrutu üzrə FS 7366 reysi ilə uçan “FlyArystan” təyyarəsinin uçuşu zamanı Uralsk şəhərinin hava limanında quş sürüsü ilə toqquşma baş verib. Təyyarə sistemlərinin və mühərriklərinin işində kənarlaşmaların olmaması səbəbindən, ekipaj uçuşu davam etdirərək adi rejimdə Astana şəhərinin hava limanına enib. Bunu aviaşirkətin mətbuat xidmətindən bildirilib. Hava limanının mütəxəssisləri bildiriblər ki, təyyarəyə baxış zamanı çoxlu zədələr, o cümlədən mühərrikin daxilində aşkar edilib…

Daha çox

Konqoda üsyançılar Qoma hava limanını ələ keçirib

…“23 Mart Hərəkatı” (M23) üsyançı qruplaşması Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərinin hava limanına nəzarəti ələ keçirib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Aeroportun ələ keçirilməsi ilə bağlı məlumatı agentliyə Konqo Demokratik Respublikasının müstəqil seçki komissiyasının keçmiş sədri və Konqo Çay Alyansının hazırkı rəhbəri Korney Nanqaa ötürüb. Məlumatı diplomatik və təhlükəsizlik mənbələri təsdiqləyib. Hazırda Qoma şəhərində gərgin döyüşlər davam edir. Yanvarın 27-də “23 Mart Hərəkatı” (M23) qrupu DRC-nin Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinin tutulduğunu bildirib. Üsyançıların lideri Kornel Nanqunun sözlərinə görə, şəhər…

Daha çox

Medianın İnkişafı Agentliyi saxta məlumatlarla bağlı açıqlama yayıb

“Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilib, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb. Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir”. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. “Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi…

Daha çox

Rusiylı deputat Solovyovun verilişində narahat həqiqəti deyib

Rusiyada kommunal böhran yaranıb. … Vladimir Putin Avropanı dondurmaqla hədələyərkən, onun ölkəsində kommunal böhran yaranıb. SİA-nın məlumatına görə, bu gün çoxmərtəbəli binaların sakinləri mənzillərini odunla qızdırmağa məcburdurlar. Bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı və generalı Andrey Qurulev “Vladimir Solovyovla axşam” təbliğat tok-şousunun efirində deyib. Transbaykal ərazisinə səfər edən rusiyalı deputat insanlar üçün adi şəraitin olmamasından şoka düşüb. Hətta rayon mərkəzində (Çita şəhəri) istiliklə bağlı böyük problemlər var. …Budur, əsl nümunə – Transbaykal ərazisində soyuqdur. Açığı donurlar. Bir-birinin ardınca qəza baş verir. Borzya donur, Kokuy donur,…

Daha çox

Astroloq Vasilisa Volodina Birinci Kanala qayıtdı…

Astroloq Vasilisa Volodina Birinci Kanala “Moda cümləsi” verilişinin yeni aparıcısı kimi qayıdıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə telekanalın “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib. …Gələn cümə günü o, Aleksandr Roqovun həm aparıcısı olacaq: o, şounun qəhrəmanlarına təkcə öz zövqünə deyil, həm də astrologiyaya arxalanaraq məsləhətlər verəcək. Bunu nəşr yazır. Bundan əlavə, digər aparıcı aktrisa Nastasya Samburskaya olacaq. Vasilisa Volodina kimi o da müdafiə kürsüsündə özünü sınayacaq. Bundan əvvəl məşhur rusiyalı komediya aktyoru Danila Popereçnı və bloqqer Aleksandr Şpakın (Rusiya Federasiyasında xarici agent kimi tanınıb), həmçinin…

Daha çox

Rusiyanın nüvə buzqıran gəmisi Qara dənizdə zədələnib

…“50 İllik Qələbə” nüvə buzqıran gəmisi Qara dənizdə buzda qalmış gəmini azad edərkən gövdə kənarına ziyan vurub. SİA-nın məlumatına görə, RİA Novosti bu barədə Rosatomflot-a istinadən xəbər verir. …Yanvarın 26-na keçən gecə Qara dənizdə, sərt Arktika şəraitində “50 İllik Qələbə” buzqıran gəmisi qırılarkən sol yan kənarının üzlük örtüyü zədələnib. Heç kim xəsarət almayıb. Dənizə yararlılıq itirilməyib. Bu verilən bəyanatda deyilir. Departamentdən həmçinin vurğulanıb ki, fövqəladə hadisə nəticəsində həyatı təmin edən sistemlər və reaktorun qurğusu üçün heç bir təhlükə yoxdur, buzqıran gəmi adi rejimdə fəaliyyətini davam etdirir. Əli Babayev

Daha çox

2025-ci ildə vergilər üzrə güzəştlər BƏLLİ OLDU

“2025-ci ildə də vergi qanunvericiliyinə əlavə dəyişikliklər edildi. Bu dəyişikliklər əvvəlki illərə baxanda həcmcə biraz daha az oldu. Amma yenə də edilən dəyişikliklər çox mühüm və vacibdir. Vacib məqamlardan biri qanunvericiliyə əsasən mikro sahibkar fiziki və hüquqi şəxslər öz gəlirlərindən 75 % güzəşt tətbiq edə və nəticədə 20 yox, 5 faiz dərəcəsi ilə vergi ödəyə bilərlər. Amma 2024-cü ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən bu güzəşt o halda mikro sahibkarlar olan vergi ödəyicilərinə verilir ki, həmin fiziki və ya hüquqi şəxslər ən azı üç işçisi olmalıdır. Belə olan təqdirdə bir…

Daha çox

Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşü keçiriləcək

Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli Xarici işlər, Ticarət və Nəqliyyat nazirlərinin görüşünün ikincisi sabah paytaxt Ankarada keçiriləcək. SİA xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşdə Türkiyə tərəfini Xarici işlər naziri Hakan Fidan, Ticarət naziri Ömər Bolat və Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu təmsil edəcək. Görüşdə Azərbaycan nümayəndə heyətinə Xarici işlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxil olacaq. Özbəkistan heyətində isə Xarici işlər naziri Baxtiyar Səidov, Sərmayə, sənaye və ticarət naziri Laziz Kudratov və Nəqliyyat naziri İlham Mahkamov iştirak edəcək.…

Daha çox

İtaliya Albaniyadakı düşərgəyə 49 miqrant göndərib

İtaliya Albaniyada inşa etdiyi miqrant qəbulu mərkəzinə 49 qeyri-qanuni mühacir göndərib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, miqrantlar İtaliya donanmasına məxsus “Cassiopea” adlı gəmi ilə Albaniyanın şimalındakı Şenqjin miqrant qəbulu mərkəzinə çatdırılıb. Burada mühacirlərin sığınacaq müraciətləri araşdırılacaq, tələblərə uyğun olanlar İtaliyaya daxil ola biləcək, qalanları isə ölkələrinə geri göndəriləcək. Miqrantların Banqladeş, Misir, Fil Dişi Sahili və Qambiya vətəndaşları olduğu bildirilib. Qeyd edək ki, 2023-cü ildə İtaliya ilə Albaniya arasında imzalanan razılaşmaya əsasən, ölkənin şimalındakı Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib. Buraya İtaliya Sahil Mühafizə Xidməti, eləcə…

Daha çox

Cənubi Koreya hava limanında təyyarə yanıb

Cənubi Koreyanın Pusan şəhərinin hava limanında təyyarə yanıb. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hava limanının yanğından mühafizə departamentinə istinadla xəbər yayıb. Hadisənin detalları açıqlanmayıb. Qeyd edək ki, bir ay əvvəl – dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdiyi zaman uçuş zolağından çıxaraq beton hasara çırpılmış, nəticədə təyyarə yanaraq 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.

Daha çox