Teleqram bu ölkə üçün yenilik etdi

Teleqram messenceri real üz texnologiyasından istifadə edərək istifadəçiləri yoxlamaq üçün rəsmi bot istifadəyə verib. SİA xəbər verir ki, bu barədə “Durova Code” portalı məlumat yayıb. Yeni funksiya yalnız Böyük Britaniyada mövcuddur və yerli qanunvericiliyə cavabdır. Ancaq yenilik digər ölkələrdəki istifadəçilər üçün əlçatan deyil. Bot təsvirində vurğulanır ki, şəkillər və məlumatlar yalnız cihazda emal olunur və xarici serverlərə ötürülmür. İyulun 25-də Böyük Britaniyada yetkinlik yaşına çatmayanları zərərli məzmundan qorumaq üçün onlayn platformaları tələb edən yeni qaydalar qüvvəyə minib.

Daha çox

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. SİA xəbər verir ki, Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Daha çox

“Terrorsuz Türkiyə” parlament komissiyasının işinə başlayacağı tarix açıqlanıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” parlament komissiyasının avqustun əvvəlində fəaliyyətə başlayacağını açıqlayıb. SİA xəbər verir ki, onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq. Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək. Komissiya həftədə azı 4 dəfə yığışacaq.

Daha çox

İlin əvvəlindən İtaliyada 653 meşə yanğını baş verib

Cari ilin 7 ayı ərzində İtaliyada 653 meşə yanğınının baş verdiyi bildirilib. SİA xəbər verir ki, bu yanğınlar nəticəsində 30,9 hektar ərazi yanıb. Gündə orta hesabla 3,3 yanğın baş verib və 47,5 hektar ərazini yandırıb. Hazırda ölkənin cənub bölgələrində, xüsusilə Siciliya və Sardiniya adalarında meşə yanğınları ilə mübarizə davam edir. Siciliya adasının qərbindəki Trapani əyalətinin Skopello şəhəri yaxınlığındakı “Zinqaro” Milli Parkı ətrafında başlayan yanğın yaşayış məntəqəsinə çatıb. Bölgədəki 50 ev təxliyə edilib. Trapani və Palermo şəhərləri arasındakı ərazidə isə həftənin əvvəlindən bəri 50-dən çox yanğın baş verib. Yanğınların bölgəyə ciddi…

Daha çox

Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər. Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur. Tədbirlər zamanı…

Daha çox

Dünən Türkiyədə 84 yanğın hadisəsi qeydə alınıb

Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş olmaqla, dörd vilayətdə meşə yanğınları ilə mübarizə davam edir. SİA xəbər verir ki, ölkə üzrə baş verən son yanğınlarla bağlı Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib. Bildirilib ki, Bursadakı yanğınının şiddəti qismən azalıb. Orhanelidə yanğınlara müdaxilə edən işçilərdən biri ürək tutması nəticəsində həyatını itirib. Nazir, dünən ölkə üzrə ümumilikdə 84 yanğınla mübarizə apardıqlarını və 4 şəhərdə 5 alovun nəzarət altına alındığını deyib. Bu yanğınlardan 36-ı meşəlik ərazilərdə baş verib. Yumaklı, oktyabrın 15-dək bütün vətəndaşların ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.

Daha çox